Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kim Çen In Rusiyanı dəstəklədiyini bəyan edib

© SeongJoon Cho / Pool via ReutersЛидер КНДР Ким Чен Ын, фото из архив
Лидер КНДР Ким Чен Ын, фото из архив - Sputnik Azərbaycan, 1920, 12.06.2022
Abunə olmaq
Şimali Koreya lideri bildirib ki, Rusiya xalqı öz ölkəsinin ləyaqətini və təhlükəsizliyini qorumaq, hər cür çətinlik və problemi aradan qaldırmaq kimi ədalətli işin həyata keçirilməsində böyük uğurlar əldə edib.
BAKI, 12 iyun - Sputnik. Şimali Koreya lideri Kim Çen In Moskvanı tam dəstəklədiyini bildirib. Rusiya mediası xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyinin Rusiya Günü münasibətilə yaydığı təbrikdə deyilir.
Pxenyan rəhbəri qeyd edib ki, Rusiya xalqı öz ölkəsinin ləyaqətini və təhlükəsizliyini qorumaq, hər cür çətinlik və problemi aradan qaldırmaq kimi ədalətli işin həyata keçirilməsində böyük uğurlar əldə edib.
"Koreya xalqı ona tam dəstəyini və razılığını ifadə edir", - deyə KXDR lideri Rusiya Prezidenti Vladimir Putinə cansağlığı, Rusiya xalqına isə firavanlıq arzulayaraq bildirib.
Mayın 27-də Rusiya və Çin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyaların artırılmasına dair qətnamə layihəsinə veto qoyub. Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya deyib ki, Şimali Koreyaya qarşı yeni sanksiyaların tətbiqi Moskvanın dəfələrlə dediyi kimi çıxış yolu deyil.
Mayın 10-da Kim Çen In Putini Qələbə Günü münasibətilə təbrik edib. Şimali Koreya lideri KXDR ilə Rusiya arasında ənənəvi dostluq münasibətlərinin davamlı olaraq möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini bildirib.
Uzaq Şərq Federal Universitetinin dosenti, siyasi elmlər namizədi Andrey Qubin qeyd edib ki, bugünkü siyasi gündəmdə münasibətlərin inkişafına və onların möhkəmlənməsinə ümid verən sözlər vacibdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Президент РФ Владимир Путин и президент Азербайджана Ильхам Алиев (слева) во время встречи на полях второго форума международного сотрудничества Один пояс - один путь в Пекине - Sputnik Azərbaycan, 1920, 12.06.2022
SİYASƏT
Rusiya Günü: İlham Əliyev Vladimir Putini təbrik edib
Xəbər lenti
0