Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bulvarın bu hissəsi artıq bağlanıb

© Sputnik / Murad OrujovBolid, arxiv şəkli
Bolid, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2022
Abunə olmaq
Azarkeşlər "Formula-1" Azərbaycan Qran Prisi ilə əlaqədər üç gün davam edəcək tədbir zamanı Dənizkənarı Milli Parkda təşkil olunacaq əyləncə proqramlarına qatıla biləcəklər.
BAKI, 8 iyun — Sputnik. Dənizkənarı Milli Parkın bir hissəsi 2022-ci il "Formula-1" Azərbaycan Qran Prisi ilə əlaqədər olaraq artıq bağlanıb. Bu barədə Bakı Şəhər Halqasından məlumat verilib.
Qeyd edilib ki, Dənizkənarı Milli Parkın "Azneft" dairəsindən Dəniz Vağzalına qədər olan əyləncə zonası üçün ayrılan hissəsi artıq bağlıdır.
Bu zonaya yalnız "Formula 1"ə akkreditasiyası və ya bileti olan şəxslər daxil ola biləcək. Qeyd edək ki, 2022-ci il "Formula-1" Azərbaycan Qran Prisinin azarkeşləri Bakı yarışını canlı izləməklə yanaşı, üç gün davam edəcək mötəbər tədbir zamanı Dənizkənarı Milli Parkda təşkil olunacaq əyləncə proqramlarına qatıla biləcəklər.
Xatırladaq ki, "Formula-1" Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində baş tutacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda avtobus, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2022
PAYTAXT XƏBƏRLƏRİ
İyirmi marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək
Xəbər lenti
0