DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının illik toplantısı keçiriləcək

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidməmur
məmur - Sputnik Azərbaycan, 1920, 08.06.2022
Abunə olmaq
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq, iş adamları arasında görüşlər olacaq
BAKI, 8 iyun — Sputnik. İyunun 24-də Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) Direktorlar Şurasının 24-cü illik toplantısı keçiriləcək.
Toplantı çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə "Dəyişən dünyada Azərbaycanın şaxələndirilmiş və innovativ iqtisadiyyatının dəstəklənməsində QDTİB-in rolu" adlı biznes forum baş tutacaq.
Tədbir Azərbaycanın sədrliyi ilə keçiriləcək.
Forumda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq, biznes və investisiya mühitinə dair təqdimat keçiriləcək, iş adamları arasında görüşlər təşkil olunacaq.
Qeydiyyat üçün link: www.bstdb.org/registration
Qeyd edək ki, Qara Dəniz Ticarət və İnkişaf Bankı Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək üçün yaradılmış beynəlxalq maliyyə təşkilatıdır.
QDTİB 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaradıcısı və üzvü olan ölkələr - Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan, Ukrayna və Ermənistan tərəfindən yaradılıb.
Xəbər lenti
0