Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ-da Rusiya mediasına qarşı "müharibə elan edilib" - RF XİN

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidRusiya XİN-nin binası, arxiv şəkli
Rusiya XİN-nin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.06.2022
Abunə olmaq
Mariya Zaxarova qeyd edib ki, Latviyada qalan Rusiya telekanallarının yayımına qoyulan qadağa “media soyqırımı”dır.
BAKI, 8 iyun — Sputnik. ABŞ-da Rusiya mətbuatına qarşı “müharibə elan edilib”, təqiblər var. Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova çərşənbə günü keçirilən brifinqdə bildirib.
“Biz ABŞ ərazisində Rusiya mediası ilə baş verənlərlə bağlı Amerikanın dövlət qurumlarının və ictimaiyyətinin diqqətini cəlb etmək istədik. Fakt budur ki, orada onlara qarşı müharibə, sözün əsl mənasında müharibə elan edilib”, - deyə Zaxarova qeyd edib.
O əlavə edib ki, bu, Rusiya mediasına və jurnalistlərə qarşı “əsl təqibdir”.
“Biz amerikalı jurnalistləri, burada akkreditə olunmuş bütün ABŞ mediasının müxbir məntəqəsinin rəhbərlərini Moskvadakı mətbuat mərkəzinə topladıq və Vaşinqtonun sonsuz bəyanatları fonunda ABŞ-dakı rusiyalı həmkarları ilə baş verənləri sadəcə olaraq dəqiq izah etdik. Məlum oldu ki, onların heç bundan xəbərləri belə olmayıb. Yəni Rusiyada işləyən amerikalı jurnalistlərin rusiyalı həmkarlarının ABŞ-da necə yaşadıqlarından xəbərləri olmayıb”, - deyə XİN sözçüsü əlavə edib.
Rusiya XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, ABŞ bir çox rusiyalı jurnalistlərin bank hesablarına girişi məhdudlaşdırıb, əgər məsələ həll olunmasa, Rusiyada amerikalı jurnalistlər də öz həmkarları ilə eyni aqibəti yaşaya bilərlər.
"Əksər hallarda rusiyalı jurnalistlər təəssüf ki, böyük çətinliklərlə üzləşirlər... Korporativ və şəxsi hesablaşma hesabları açılmır və ümid edirəm ki, Dövlət Departamenti bu barədə məlumat əldə edəcək - ən azı indi. Bu yaxınlarda müxbir məntəqələri, jurnalistlər tərəfindən açılan hesablar bloklanıb, Rusiyadan çıxan və bu ölkəyə daxil olan köçürmələr ciddi şəkildə məhdudlaşdırılıb... Amerikalı jurnalistlər maaş alırlar, mənzil və avtomobilləri ödəyə, lazımi texnikanı icarəyə götürə, məhsul ala bilirlər. Hələlik", - deyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi brifinq zamanı qeyd edib.
O vurğulayıb ki, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays rusiyalı jurnalistlərə Amerika vizası verildiyini iddia edərkən, şübhəsiz ki, ictimaiyyəti çaşdırır.
"Rusiya jurnalistlərinin Amerika vizaları ilə bağlı böyük problemləri var... Müvafiq kateqoriyalı vizalar verilmir, onlarsız isə akkreditasiya rəsmiləşdirilmir və uzadılmır. Ola bilsin ki, bəzi düzgün və lazımlı hesab etdiyiniz jurnalistlər üçün, bəlkə də hər şeyi edirsiniz", - deyə Zaxarova vurğulayıb.
Zaxarova amerikalı həmkarı Ned Praysa müraciət edərək bildirib ki, əgər Vaşinqton “Rusiya jurnalistləri və mediası ilə bağlı vəziyyətin sabitləşməsi üçün nəsə etməsə, biz də sizin amerikalı jurnalistlərinizlə oxşar tədbirlər görəcəyik”.
O, həmçinin qeyd edib ki, Latviyada qalan Rusiya telekanallarının yayımına qoyulan qadağa “media soyqırımı”dır.
"Bu dəfə yerli media tənzimləyicisi elan edib ki, iyunun 9-da Rusiya ərazisində qeydiyyatdan keçmiş istənilən telekanallarla bağlı siqnalın yayılmasına qoyulan qadağa qüvvəyə minir. Ümumilikdə, söhbət 80 televiziya yayımından gedir... Bu media operatorlarının Riqa qarşısında bütün günahları Rusiyanın yurisdiksiyasında kütləvi informasiya vasitələri kimi lisenziya almaq üçün ehtiyatsızlıq etmələridir. Bu tədbirin həyata keçirilməsi ölkə əhalisinin təxminən 40%-ni demək olar ki, bütün televiziya mənbələrindən rus dilində məlumat almaq imkanından məhrum edir. Bu, informasiya soyqırımı, media soyqırımı deyilsə, bəs nədir?
Xəbər lenti
0