CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dondurmadan zəhərlənməmək üçün nələrə diqqət etmək lazımdır

© pixabay / stevepbDondurma, arxiv şəkli
Dondurma, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.06.2022
Abunə olmaq
Bu məhsulun qablaşması, saxlanma şəraiti məhsul haqda müəyyən məlumatlar verir. AQTA dondurmalarla bağlı vətəndaşlara müraciət edib.
BAKI, 6 iyun — Sputnik. Aparılan müayinələr nəticəsində təhlükəsizlik göstəriciləri uyğun olduqda dondurmalar yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edilir. Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq monitorinqlər həyata keçirir.
Bakı şəhəri də daxil olmaqla, respublikanın bütün regionlarında konkret faktlara əsaslanan müraciətlər daxil olduqda dərhal araşdırma aparılır və qanunvericiliyə uyğun tədbirlər görülür.
Bu barədə AQTA sorğuya cavab olaraq bildirib.
Qeyd olunub ki, alınan dondurmalar ilə bağlı hər hansı narahatlıq olarsa, vətəndaşlar konkret faktlarla bağlı agentliyin "1003-Çağrı Mərkəzi"nə zəng edib məlumat verə bilərlər.
AQTA hər kəsi dondurma alarkən diqqətli olmağa çağırır:

"Kənar təsirlərə - istiyə, soyuğa, qoxuya daha tez məruz qaldığı üçün dondurma alarkən məhsulun qabının əzilmiş olmadığı və hermetikliyinin pozulmadığına diqqət etmək lazımdır. Məhsulda kəsmiyəbənzər, qumabənzər köpüklü əlamətlər olmamalıdır".

Məlumatda qeyd olunur ki, dondurma satılan yerlər sanitar-gigiyenik tələblərə cavab verməli və satıcı gigiyena qaydalarına riayət etməli, təmiz iş geyimində olmalıdır. Dondurmanın üzərinə birbaşa günəş şüaları düşməməlidir. Əgər dondurma açıq havada satılırsa, soyuducular kölgə düşən yerlərdə saxlanmalıdır.
AQTA-dan verilən məlumatda bildirilir ki, dondurma alarkən məhsulun etiketində qeyd edilmiş temperaturda saxlanmasına diqqət edilməlidir:

"Eyni zamanda, məhsulun etiketində istehsal və son istifadə tarixi düzgün qeyd edilməlidir. Dondurmaların saxlanma şəraitinə də mütləq əməl edilməlidir. Belə ki, dondurmanı digər qida məhsulları ilə bir yerdə saxlamaq olmaz".

Bu məhsullar mütləq etiketində qeyd edilmiş və sabit temperaturda saxlanmalıdır. Dondurmanın saxlanma temperaturu onun növündən və tərkibindəki əlavələrdən də asılıdır.
Növündən asılı olaraq topdan satış məntəqələrində xüsusi soyuducu kameralarda -18°C-də saxlanılmalıdır. Dondurmaların saxlanılması qüvvədə olan texniki-normativ sənədlərin tələblərinə uyğun həyata keçirilməlidir.
Agentlik tərəfindən bu məhsulların saxlanılmasının qaydalara uyğun həyata keçirilməsi ilə bağlı mütəmadi olaraq monitorinqlər aparılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür". (Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0