Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bu gün 22 minə yaxın abituriyent qəbul imtahanı verəcək

© Sputnik / Murad Orujov Pandemiya zamanı imtahan
 Pandemiya zamanı imtahan - Sputnik Azərbaycan, 1920, 04.06.2022
Abunə olmaq
İmtahanlarda iyirmi dörd nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək.
BAKI, 4 iyun - Sputnik. Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək.
DİM-dən verilən xəbərə görə, imtahanda 21753 abituriyentin iştirakı nəzərdə tutulur.
İmtahan saat 11:00‑da başlanacaq. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar. Kütləviliyin qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Qeyd edək ki, iyunun 4-5-də keçiriləcək qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Şəki, Bərdə, Göyçay, Şirvan, Sabirabad, Salyan, Lənkəran və Xaçmazda təşkil olunacaq. Həmin günlərdə imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 160 imtahan binası, 2865 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 160 ümumi imtahan rəhbəri, 476 imtahan rəhbəri, 3564 nəzarətçi–müəllim, 435 buraxılış rejimi əməkdaşı, 160 bina nümayəndəsi ayrılıb.
İmtahanlarda 24 nəfər fiziki məhdudiyyətli (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.05.2022
TƏHSİL
Ali məktəblərdə dövlət imtahanı ləğv olunacaq? Rəsmi açıqlama
Xəbər lenti
0