Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Avropa Rusiya neftindən imtina edir - mümkün nəticələrin təhlili

© Sputnik / Ilya Pitalev / Mediabanka keçid"Rosneft"in Moskvadakı ofisi, arxiv şəkli
Rosneftin Moskvadakı ofisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Abunə olmaq
Embarqo qlobal neft bazarındakı çatışmazlığı yalnız artıracaq və bu səbəbdən o, qiymətlərin yüksəlməsinə təkan verəcək.
BAKI, 3 iyun — Sputnik. Bu həftə Brüsseldə Aİ-nin fövqəladə sammiti keçirilib və bu toplantıda Aİ ölkələrinin başçıları Rusiya neftinə qismən embarqonun tətbiqi ilə bağlı razılığa gəliblər.
Ehtimal olunur ki, qadağa Rusiyanın Avropaya "qara qızıl" tədarükünün 75%-nə təsir edəcək, ilin sonuna qədər isə bu rəqəm 90%-ə yüksələ bilər.
Sputnik, məhdudiyyətlərin təfərrüatlarını, Avropanın qarşıya qoyduğu məqsədlərə nail olmaq reallığını və embarqonun həm Rusiya, həm də Avropa üçün mümkün nəticələrini araşdırıb.
Qüsurlu qadağa
Aİ liderləri Rusiya neftinin idxalına qismən qadağa qoyulması barədə razılığa gəliblər. Onların planına görə, bu, dərhal Rusiya tədarükünün 75%-nə təsir etməlidir. İlin sonuna kimi isə Rusiyadan "qara qızıl" idxalının 90%-ə qədərinə qadağa qoyulması planlaşdırılır.
Bu barədə Aİ-nın Brüsseldə keçirilən sammiti zamanı Avropa Şurasının rəhbəri Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen danışıblar.
Qadağa neftin dəniz yolu ilə daşınmasına (eləcə də Rusiyadan neft daşıyan gəmilərin sığortasına qoyulan məhdudiyyətlərə) şamil ediləcək, lakin müvəqqəti olaraq boru kəmərlərinin tədarükünə təsir etməyəcək.
Müvafiq açıqlamalardan (təbii ki, Rusiya iqtisadiyyatının tabutuna daha bir mismar kimi vurulan) dərhal sonra Avropanın yüksək rütbəli məmurlarından populist bəyanatlar gəlməyə başladı.
Belə ki, xanım fon der Leyen Aİ üzvlərinin "Rusiya qazından, neftindən və kömüründən asılılığa ən qısa zamanda son qoymağa" razılaşdıqlarını, cənab Mişel isə Rusiya üçün "böyük maliyyə mənbəyinin azaldılmasından" danışıb.
Nüfuzlu beynəlxalq Bloomberg agentliyi, hətta sevincək halda, Avropa embarqosu səbəbindən Rusiya Federasiyasının potensial itkilərini hesabladı. Onların fikrincə, Rusiya il ərzində, təqribən, 22 milyard dollar gəlirini itirəcək (10 milyard dollar dəniz tədarükünə qoyulan qadağadan, daha 12 milyard dollar isə boru kəməri ilə Rusiya neftindən tamamilə imtina etmək niyyətində olan Almaniya və Polşaya tədarükün kəsilməsindən sonra).
Rusiya iqtisadiyyatını nəhayət boğmağa can atan və demək olar ki, hər həftə Rusiyanın mütləq sonu olduğunu (bu isə, hələ ki, baş vermir) elan edən Avropa üçün hər şey çox şən əhaval-ruhiyyədə səslənir.
Aİ üçün bu xoş əhvalatda yalnız bir xoşagəlməz məqam var: Avropa Şurası və Avropa Komissiyasının rəhbərləri əvvəlcə nəzakətlə susduqları istisnalar, demək olar ki, dərhal "üzə çıxmağa" başladı.
© AFP 2023 / NIKOLAY DOYCHINOVBoru kəməri kompressor stansiyası, arxiv şəkli
Сотрудник на газокомпрессорной станции «Булгартрансгаз» в Болгарии - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Boru kəməri kompressor stansiyası, arxiv şəkli
Avropanın yanlış başlanğıcı
Məlum olub ki, dəniz yolu ilə neft idxalının dayandırılması dərhal deyil, yalnız gələn ilin əvvəlində baş verəcək. Bu o deməkdir ki, Rusiyanın bazarları yenidən qurmaq və ixrac axınını başqa bazarlara (o cümlədən Asiyaya) yönləndirmək üçün vaxtı var.
Qeyd edək ki, Avropalılar neft embarqosunun tətbiqi ilə bağlı mübahisə edərkən Rusiya əvvəlcədən ixracın istiqamətini dəyişməklə məşğul idi. Artıq böyük miqdarda Rusiya nefti Hindistan və Çinə gedir. Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi külli miqdarda məhdudiyyətlərə baxmayaraq, Rusiyanın üçüncü ölkələrə neft satmasının qarşısını ala bilməməsi faktını hətta Avropa diplomatiyasının rəhbəri Josep Borrell də etiraf edib.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Rusiya bu gün dünyanın üçüncü ən böyük neft istehsalçısı (ABŞ və Səudiyyə Ərəbistanından sonra) və ikinci ən böyük xam neft ixracatçısıdır (Səudiyyə Ərəbistanından sonra). Ona görə də Qərb Rusiyanı, sadəcə olaraq, "ləğv edə" bilməyəcək. Neft bazarında belə böyük oyunçunun fikri nəzərə alınmalı olacaq.
Rusiya baş nazirinin müavini Aleksandr Novakın sözlərinə görə, Rusiya artıq Asiya-Sakit okean regionu da daxil olmaqla neft ixracını artırıb. Onun sözlərinə görə, "qara qızıl"ın tədarükünü daha da şaxələndirmək üçün Şərqi Sibir-Sakit Okean boru kəmərinin Çinə qədər genişləndirilməsi də daxil olmaqla, yeni layihələrdə iştirak da nəzərdə tutulur.
Əmtəə məlumatlarının yığımı il məşğul olan Kpler şirkətinin məlumatına görə, may ayının sonunda Asiya ölkələri ilk dəfə Rusiyadan neft alışına görə Avropanı geridə qoydu.
Rusiya üçün perspektivli bazar ənənəvi olaraq kiçik həcmdə Rusiya neftini idxal edən, lakin son aylarda alışları kəskin artıran Hindistandır. Martda Hindistan 11 milyon barel, apreldə 27 milyon, mayda daha 21 milyon barel alıb. Məlumat üçün bildirək ki, bütün 2021-ci ildə Hindistan Rusiyadan cəmi 12 milyon barel alıb.
2017-ci ildən bəri Rusiya neftinin ən böyük alıcısı olan Çin də alışlarını artırır. Kpler-in məlumatına görə, Çin martdan may ayına qədər 14,5 milyon barel neft alıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur.
Asiyada Rusiya neftinə tələbatın azalması üçün heç bir ilkin şərt yoxdur. Hətta neftin ora güclü endirimlə getdiyini nəzərə alsaq (yəni asiyalı alıcı üçün çox sərfəlidir), onun dəyəri hələ də ötən ilki səviyyədən xeyli yüksək olaraq qalır (cari ilin yanvar-may aylarında Urals markasının orta qiyməti bir barreli 83,48 dollar olduğu halda, ötən ilin yanvar-may aylarında 61,62 dollar olub).
Belə çıxır ki, Rusiya Federasiyası alternativ satış bazarları tapmağı kifayət qədər uğurla bacarır. Amma bazarda neft qıtlığı və artan daxili tələbat fonunda Avropa, demək olar ki, "qeyri-rus" barellər (bunların sayı isə o qədər də çox deyil) uğrunda mübarizə aparmalı olacaq.
Çox güman ki, biz yenə Estoniya neftini görəcəyik (nə qədər gülməli görünsə də) və ya başqa bir şey - Rusiya neftinin müəyyən hissəsi açıq-aydın başqa çeşidlərlə qarışacaq və yenə də Avropa bazarına çıxacaq. Embarqo tətbiq olunana qədər belə idi, indi isə buna doğru vəziyyət daha da əlverişlidir.
Qadağandır, lakin hələ də mümkündür
Məlum olub ki, yalnız Rusiya təchizatından asılı olan və dənizə çıxışı olmayan Avropa ölkələrinin problemləri həll olunanda (problemlərin həlli üçün müddət göstərilməyib) boru kəmərləri ilə nəqlə qadağa qoyulacaq.
Yəni, bir sıra Avropa ölkələri istisnalar alacaq. Məsələn, Çexiya 1,5 il ərzində Rusiya neftini emal etməkdən özünü yenidən konfiqurasiya edə biləcək, embarqonun əsas rəqibi olan Macarıstan üçün isə restrukturizasiyanın yekun tarixi, ümumiyyətlə, müəyyən edilməyib (lakin "mümkün qədər tez").
© AFP 2023 / JOHANNES EISELEYük gəmisi, arxiv şəkli
Грузовое судно, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.06.2022
Yük gəmisi, arxiv şəkli
Dəniz daşımaları da istisna altına düşür
Məsələn, Bolqarıstan dəniz terminalı vasitəsilə Rusiyadan neft almağa davam edəcək, çünki baş nazir Kiril Petkovun sözlərinə görə, "Lukoyl"un Bolqarıstandakı neft emalı zavodu əsasən Rusiya nefti ilə işləyir və işi tez bir zamanda yenidən təşkil edə bilmir.
Ona görə də 2024-cü ilin sonuna qədər respublika Rusiyadan neft alıb dəniz yolu ilə gətirə biləcək.
Qüsurlu embarqonun digər maraqlı məqamı isə tədarükün dayandırılması ilə üzləşəcək Aİ ölkələrinə "öz iradəsinə zidd" Rusiya neftini başqa mənbələrdən almağa icazə verməkdir.
Yəni, məsələn, nəzəri olaraq, 2,5 il müddətinə təxirə salınmasından istifadə edə biləcək Bolqarıstandan öz istehlakına və sonradan satılmasına lazım olan qədər neft ala biləcək.
Parlaq embarqo
Bütün bunlar Avropa İttifaqı daxilində banal parçalanmaya səbəb ola bilər. Bir sıra Aİ ölkələri Rusiya ilə əməkdaşlıq üçün boşluqlar tapmağa məcbur olacaqlar, çünki onların tam hüquqlu alternativi yoxdur.
Yeri gəlmişkən, Avropa ailəsinin tamhüquqlu üzvü olmağa can atan Rusiya boru kəməri neftinin Avropada o qədər də etibarlı olmayan tranzit ölkəsini də unutmaq olmaz. Bundan əvvəl, ərazisindən "Drujba" neft kəmərinin bir qolunun (Rusiya neftinin tədarükü üçün mövcud olacaq yeganə) Macarıstana keçdyi Ukraynanın Energetika Nazirliyi bunu Budapeştə "əla təzyiq rıçağı" adlandırmışdı. Və bəyan etmişdilər ki, "onun başına bir iş gələrsə, çox yerində və əla olardı".
Əgər Ukraynanın energetika nazirinin müşaviri Yelena Zerkalın "meydan"dakı möhtəşəm ideyaları reallaşmaq istəyirsə (və onların həqiqətən də sağlam düşüncəyə zidd olaraq bunu edə biləcəyinə heç bir şübhə ola bilməz), onda Avropa cəmiyyətinin parçalanması , Aİ-da ciddi iqtisadi problemlər və qiymət bumu dərhal baş verəcək.
Nəticələr məyusedicidir
Bəyan edilən məqsəd Rusiyanı neft ixracından əldə etdiyi gəlirlərdən məhrum etməkdir. Lakin bazar Qərbin hər qərarına ildırım sürəti ilə reaksiya verir, neftin qiyməti qalxır.
Embarqo elan edildikdən sonra Rusiya büdcəsinə daxil edilən baza qiymətinin 44,2 dollar olmasına baxmayaraq, Brent markalı neftin qiyməti son iki ayın ən yüksək həddinə qalxaraq, bir barel üçün 123 dolları ötüb.
Yəni, hətta yönləndirilə bilinməyən ixrac həcmləri də yüksək qiymətlərlə tam kompensasiya olunur: daha az satmaqla daha çox qazana bilərsiniz.
Belə çıxır ki, Avropa bəyan etdiyi məqsədlərə nail olmur. Eyni zamanda, hazırkı enerji böhranı fonunda qiymətlərin bir barel üçün 115 dollardan çox aşağı düşəcəyinə əminlik yoxdur ki, bu da yalnız Avropa İttifaqının indi qəbul etdiyi kimi qərarlarla daha da kəskinləşir.
Unutmayın ki, qlobal neft bazarında çatışmazlıq qalmaqdadır ki, bu da qiymətlərin yüksəlməsinə təkan verir. Embarqo bu kəsiri yalnız artıracaq (xüsusilə Rusiya hasilatı azaltmağa məcbur olarsa).
Qiymətləri yüksəltməyə davam edə biləcək digər amillər Çində anti-COVID məhdudiyyətlərinin qaldırılması (ölkə normal vəziyyətə qayıdır və açıq şəkildə daha çox yanacaq istehlak etməyə başlayacaq), həmçinin, ABŞ-ın neft ehtiyatlarının satışından tədricən uzaqlaşması və ölkəyə yüklənmək üçün bazarda neft almağa keçmək ehtiyacıdır.
Nəticədə, bu gün hadisələrin inkişafı üçün yalnız iki ssenari var. Ya Rusiya ixracını və hasilatını azaltmalı olacaq ki, bu da istər-istəməz bazarda neft qıtlığının artmasına və qiymətlərin güclü bahalaşmasına gətirib çıxaracaq, ya da Avropa əsas ixrac həcmləri Asiyaya yönəlmiş Rusiya neftini almaq üçün yan yollardan keçməyə cəhd etməli olacaq. Və bu iki variantdan heç birində Rusiya güclü məğlub olaraq qalmayacaq.
İtaliyanın baş naziri Mario Draqi bildirib ki, anti-Rusiya sanksiyaları çox uzun müddət - əbədi olmasa da, uzun illər qüvvədə olacaq və buna görə də bütün ticarət yollarını dəyişmək lazım gələcək. Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar lap bu yaxınlarda – elə bu yay mümkün qədər güclü şəkildə hiss olunacaq.
Yeganə problem odur ki, cənab Draqi bu sanksiyaların tam olaraq kimin üçün mümkün qədər güclü şəkildə hiss olunacağını dəqiqləşdirməyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0