SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və Türkiyə prezidentləri arasında görüş keçirilib

© Official website of President of Azerbaijan Republicİlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub
İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın görüşü olub - Sputnik Azərbaycan, 1920, 28.05.2022
Abunə olmaq
Dövlət başçıları Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalı iki ölkə arasında yüksək səviyyədə olan əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndiriblər.
BAKI, 28 may - Sputnik. Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü olub.
Görüşdə Azərbaycan-Türkiyə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmlənməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub.
Söhbət zamanı 28 May – Müstəqillik Günündə Azərbaycan və Türkiyə dövlət başçılarının bir yerdə olması qardaşlığımızın rəmzi kimi qiymətləndirilib.
Dövlət başçıları Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalının önəmini qeyd ediblər və bu tədbiri yüksək səviyyədə olan əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndiriblər.
Görüşdə iki ölkə arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyi qeyd olunub. Həmçinin ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanla birgə nahar ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında - Sputnik Azərbaycan, 1920, 28.05.2022
SİYASƏT
Əliyev və Ərdoğan ailə üzvləri ilə birlikdə Bakı bulvarında hava şoularını izləyiblər
Xəbər lenti
0