CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İTV-nin baş direktoru kim oldu?

© Photo : İTVİctimai televiziya
İctimai televiziya - Sputnik Azərbaycan, 1920, 24.05.2022
Abunə olmaq
2018-ci ildən İctimai Televiziyanın baş direktoru seçilən Balakişi Qasımov gizli səsvermə ilə yenidən həmin vəzifəyə təyin olunub.
BAKI, 24 may — Sputnik. İTV-nin baş direktoru vəzifəsinə seçki keçirilib. Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib. Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib.
İclas Audiovizual Şuranın inzibati binasında keçirilib. Artıq gizli səsvermə keçirilib və namizədlərin təklifləri dinlənilib.
© Photo : T. KorakhashviliBalakişi Qasımov
Balakişi Qasımov - Sputnik Azərbaycan, 1920, 24.05.2022
Balakişi Qasımov
Qeyd edək ki, İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bir müddət əvvəl bu vəzifəyə seçki elan edilib və 8 nəfər iddiaçı – Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu və Nağıyev Anar Əlişah oğlu sənədlərini təqdim ediblər.
Məlumat üçün bildirək ki, Balakişi Qasımov 2018-ci ildən İctimai Televiziyanın baş direktoru olub. Beynəlxalq "Nə? Harada? Nə zaman?" klubları assosasiyası təfərindən 2010-cu ildə ilin adamı seçilib.
O, 2010-cu ilin yekunlarına əsasən "Büllur bayquş", "Brilyant bayquş", "Klubun ən yaxşı kapitanı" poqonu mükafatlarına layiq görülüb. 29 aprel 2019-cu il tarixində "Tərəqqi" medalı ilə təltif edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0