DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsveç və Finlandiya Türkiyənin reaksiyasını hesablamamışdı

© Sputnik / Владимир Астапкович / Mediabanka keçidVladimir Çijov
Vladimir Çijov - Sputnik Azərbaycan, 1920, 23.05.2022
Abunə olmaq
Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijov bildirib ki, əgər onlar kürdləri "təslim etsələr", Stokholmda hələ onların reaksiyasını hesablamalı olacaqlar.
BAKI, 23 may — Sputnik. İsveç və Finlandiya liderləri Türkiyənin onların NATO-ya daxil olmasına reaksiyasını hesablamamışdı. Bunu Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijov bildirib.
Çijov "Rossiya 24" telekanalının efirində deyib ki, Finlandiya və İsveç liderləri NATO-ya tərəf qaçanda, yəqin ki, Türkiyənin reaksiyasını hesablamamışdılar.
Daimi nümayəndənin sözlərinə görə, İsveçin hazırkı hökuməti parlamentdəki minimum səs çoxluğuna əsaslanır ki, bu da mahiyyətcə milliyyətcə kürd olan deputatların vahid səsi ilə yaradılır.
"Əgər onlar kürdləri "təslim etsələr", Stokholmda hələ onların reaksiyasını hesablamalı olacaqlar. Bu, həm İsveçdə, həm də xaricdə kifayət qədər böyük diaspordur", - Çijov əlavə edib.
Daha əvvəl "Financial Times" yazıb ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzv olmaq üçün müraciətə baxılması prosesinin başlamasına mane olub. Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə "hə" deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş PKK nümayəndələrinə münasibətlərə dair verdiyi təminatlara inana bilmir. Ərdoğanın fikrincə, Türkiyə razılaşarsa, NATO təhlükəsizlik təşkilatı olmayacaq, terrorçuların çoxlu nümayəndələrinin olacağı bir yerə çevriləcək. Bütün üzvlərin yekdil razılığı olmadan ölkələr ittifaqa qəbul edilə bilməz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0