Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Paytaxt məktəbində qanlı olay: Şagirdlər arasında bıçaqlanma olub

© Sputnik / Murad OrujovPolis, arxiv şəkli
Polis, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.05.2022
Abunə olmaq
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev bildirib ki, şəxsi münasibətlər zəminində baş verən hadisədə xəsarət alan şagir xəstəxanaya yerləşdirilib.
BAKI, 19 may — Sputnik. Davamlı olaraq təhsil ocaqlarında arzuolunmaz halların qarşısının alınması istiqamətində profilaktik işlər aparılır, bunun ziyanlarından bəhs edilir. Bu istiqamətdə müəyyən tədbirlər görülür. Lakin bu gün təhsil təkcə məktəbin deyil, həm də cəmiyyətin işidir. İcma, media da səfərbər olunmalıdır ki, arzuolunmaz hallar baş veməsin.
Bu sözləri Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə, bundan əvvəl isə müxtəlif təhsil ocaqlarında baş verən bıçaqlanma hadisələrinə münasibət bildirərkən deyib.
C.Valehov həmçinin Zəngilan rayonu 35 nömrəli məktəbdə musiqi müəlliminin VIII sinif şagirdini döyməsinə də münasibət bildirib. O qeyd edib ki, hazırda Nazirliyin əməkdaşları müvafiq məsələ ilə bağlı araşdırma aparırlar. Araşdırma bitdikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.
Xatırladaq ki, Bakıda orta məktəbdə şagirdlər arasında bıçaqlanma olub.
Hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə baş verib.
Məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü oğlan şəxsi münaqişə zəminində 8-ci sinif şagirdi, 2008-ci il təvəllüdlü oğlanı bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə müdiri, polis mayoru Elşad Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, hadisə barədə polisə məlumat daxil olub.
E.Hacıyev bildirib ki, müvafiq ekspertizalar təyin olunub. Şəxsi münasibətlər zəminində baş verən hadisədə xəsarət alan şagir xəstəxanaya yerləşdirilib. Fakt üzrə araşdırma aparılır.
Xatırladaq ki, bənzər hadisə ötən ay Gəncə şəhərində baş verib. 9-cu sinifdə təhsil alan qız məktəbli yoldaşını bıçaqlamışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0