Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Neft alıcıları daha çox pul ödəməli olacaqlar

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidRusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, neft alıcıları daha çox pul ödəməli və ya alternativ mənbələr axtarmalı olacaqlar.
BAKI, 18 may — Sputnik. Qərbin Rusiya neftinə rüsum tətbiq etməsi alıcıları alternativ mənbələr axtarmağa və ya onlar üçün onun dəyərini artırmağa sövq edəcək. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Daha əvvəl "Reuters" xəbər vermişdi ki, ABŞ G7 ölkələrinin maliyyə nazirlərinin görüşündə Avropaya birbaşa neft embarqosuna sürətli alternativ olacaq Rusiyadan neftə rüsumlar tətbiq etməyi təklif edəcək.
"Bu, iqtisadi məqsədəuyğunluq məsələsidir. Neft alıcıları daha çox pul ödəməli və ya alternativ mənbələr axtarmalı olacaqlar", - deyə Peskov Rusiya üçün bununla bağlı risklərin olması və Moskvanın belə rüsumların tətbiqi ilə Avropaya neft tədarük etməyə hazır olub-olmayacağı sualına cavab verərkən deyib.
Bundan əvvəl Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirmişdi ki, Rusiyaya qarşı yeni, altıncı sanksiyalar paketinin bir hissəsi olaraq Rusiya neftinin Aİ-yə bütün idxalına mərhələli şəkildə qadağa qoyulmasını təklif edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0