Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Borisovdan S-500 zenit raket müdafiə sistemləri barədə açıqlama

© Photo : Министерство обороны РФ / Mediabanka keçidRusiyada yeni HHM sisteminin sınağı, arxiv şəkli
Rusiyada yeni HHM sisteminin sınağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
Rusiya Baş nazirinin müavini Yuri Borisov bildirib ki, ölkənin uzun müddət üçün sifarişlər paketi təxminən 50 milyard dollardır, hər il 14-15 milyard dollarlıq silah ixrac edilir.
BAKI, 18 may — Sputnik. S-500 zenit raket müdafiə sistemləri artıq Rusiya ordusununa sərəncamına daxil edilməyə başlayıb. Bunu Rusiya baş nazirinin müavini Yuri Borisov bildirib.
"Bu gün hava hücumundan müdafiə və raketdən müdafiə funksiyalarını birləşdirən komplekslər artıq xidmətə girməyə başlayıb, bunlar S-500 sistemləridir", - Borisov Bilik cəmiyyətinin "Yeni Üfüqlər" marafonunda çıxış edərkən deyib.
Baş nazirin müavininin sözlərinə görə, Rusiya silahlarının əsas alıcıları Hindistan, Çin, Misir, Əlcəzair və dünyanın digər ölkələridir.
Baş nazirin müavini deyib ki, Rusiya dünya silah bazarında təxminən 20%-lik paya sahibdir, ümumi sifariş portfeli təxminən 50 milyard dollardır.
"Birinci yeri dünya silah bazarının ümumi payının 39%-i ilə ABŞ tutur, silahlanmaya xərclədiyimiz büdcə bir neçə dəfə az olmasına baxmayaraq Rusiya davamlı olaraq təxminən 20%-lik paya sahibdir və bununla 11%-lik paya sahib Fransanı uzun illərdir qabaqlayır", - deyə Borisov bildirib.
Uzun müddət üçün sifarişlər paketi təxminən 50 milyard dollardır, hər il 14-15 milyard dollarlıq silah ixrac edilir.
"Bu, kifayət qədər ciddi gəlir mənbəyidir. Hesab edirəm ki, karbohidrogenlər, ərzaq, buğda ixracından sonra bu, bizim ixracdan əldə etdiyimiz gəlirlərin üçüncü komponentidir", - baş nazirin müavini izah edib.
Hərbi xərclərə görə Rusiya dünyada 5-ci yerdədir (66 milyard dollar və ya dünya silah xərclərinin 3,1%-i). Rusiya hərbi xərclərə ABŞ-dan daha çox ÜDM xərcləyir, müdafiə məhsullarının 74%-i daxili bazara, 26%-i isə xarici bazara gedir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0