Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir - VİDEO

© AR Ministry of DefenceAzərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir
Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə kompleks məşqlər keçirilir - Sputnik Azərbaycan, 1920, 18.05.2022
Abunə olmaq
Səhra idarəetmə məntəqələrində məşqlərin təşkili və gedişatı ilə maraqlanan müdafiə nazirinə bölmələrin sərəncamındakı müasir rabitə avadanlıqları təqdim edilib.
BAKI, 18 may — Sputnik. Mayın 18-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunun rabitə hissə və bölmələri ilə keçirilən kompleks məşqlərdə iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Səhra idarəetmə məntəqələrində məşqlərin təşkili və gedişatı ilə maraqlanan müdafiə nazirinə bölmələrin sərəncamındakı müasir rabitə avadanlıqları təqdim edilib.
Məruzə olunub ki, məşqlərdə vahid rabitə sisteminin təşkili, eləcə də radioelektron mübarizə tədbirləri üzrə tapşırıqlar uğurla icra edilir.
General-polkovnik Z.Həsənov qoşun növlərinin komanda-idarəetmə məntəqələri, həmçinin azad edilmiş ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayaraq məruzələri dinləyib.
Məşqlərin gedişatını müsbət qiymətləndirən nazir rabitə hissə və bölmələrinin fəaliyyətinin təkmilləşdirilməsi, qoşunlar arasında vahid rabitə və avtomatlaşdırılmış idarəetmə sistemlərinin təşkilinin vacibliyini xüsusi qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0