NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Xocalıya qaz xətti çəkiləcək

© Photo : AzeriGas Production UnionQaz xətti
Qaz xətti - Sputnik Azərbaycan, 1920, 17.05.2022
Abunə olmaq
Ruslan Əliyev bildirib ki, qeyd olunan qaz xətti çəkilməklə 87 abonent təbii qazla təmin olunacaq.
BAKI, 17 may — Sputnik. Salyan rayonunun Xocalı kəndində 3660 metr uzunluğunda qaz xətti çəkiləcək. Bu barədə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev öz sosial şəbəkə səhifəsində paylaşım edib. Məlumata əsasən, qeyd olunan qaz xətti çəkilməklə 87 abonent təbii qazla təmin olunacaq.
Xatırladaq ki, 2022-ci ilin qazlaşdırma proqramı çərçivəsində, 69 kəndin və 62 yeni yaşayış massivinin qazlaşdırılması planlaşdırılıb. Hazırda onlardan 32-sində bu işlər davam edir. O qeyd edib ki, hazırda respublika üzrə mənzillərin və fərdi evlərin qazlaşdırılması səviyyəsi isə 96.3 faizdir:
"Yanvar-apreldə 201 kilometr yeni xətt çəkilib. Çəkilən 26 kilometr qaz xətti Bakı-Abşeronun payına düşüb. Ümumilikdə 4 ayda əsaslı təmir olunan qaz kəmərləri 32 kilometr olub ki, bunun da 21 kilometri Bakının payına düşüb".
ОАО Газпром - Sputnik Azərbaycan, 1920, 29.05.2021
İQTİSADİYYAT
Aİ-dən Azərbaycan istiqamətində yeni qaz xətti: Bakı “Qazprom”a rəqib olur?
Xəbər lenti
0