DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İranda zəlzələ baş verib

© AFP 2023 / ATTA KENAREİranda zəlzələ
İranda zəlzələ - Sputnik Azərbaycan, 1920, 17.05.2022
Abunə olmaq
Zəlzələnin episentri təxminən İranın 129 min nəfər əhalisi olan Şəhre-Kord yaşayış məntəqəsindən 89 km cənub-qərbdə olub.
BAKI, 17 may - Sputnik. İranda 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin episentri təxminən 129 min nəfər əhalisi olan Şəhre-Korddan 89 km cənub-qərbdə olub.
Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.
İran iki əsas tektonik plitənin qovşağında yerləşdiyi üçün tez-tez seysmik aktivlik yaşayır.
1990-cı ildə İranın şimal-qərbində baş verən zəlzələ müxtəlif hesablamalara görə 35 mindən 50 minə qədər insanın ölümünə səbəb olub.
2003-cü ildə İranın şərqində qədim Bəm şəhərini yerlə-yeksan edən güclü zəlzələ nəticəsində 26 mindən çox insan həlak olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0