CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metropolitendə şəhid ailələri və müharibə veteranlarına yardım Mərkəzi yaradılıb

© Official website of President of Azerbaijan RepublicBakı Metropoliteninin “8 Noyabr” stansiyası
Bakı Metropoliteninin “8 Noyabr” stansiyası - Sputnik Azərbaycan, 1920, 17.05.2022
Abunə olmaq
Artıq şəhid ailələri və müharibə veteranlarına yardım daha mərkəzləşmiş qaydada həyata keçiriləcək.
BAKI, 17 may — Sputnik. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti və Metropoliten İşçiləri Həmkarlar İttifaqının (MİHİ) qərarına əsasən, müəssisədə çalışan şəhid ailələrinin üzvləri və müharibə veteranlarına xüsusi qayğı göstərilməsini müntəzəm nəzarətdə saxlayaraq, onların müraciətlərinə operativ və xüsusi həssaslıqla baxılmasını təmin etmək məqsədilə Mərkəz yaradılıb.
Bu barədə Metropolitendən verilən məlumatda deyilib. Bununla əlaqədar 2021-ci il iyunun 6-da bağlanmış üçillik Kollektiv müqaviləyə düzəliş və əlavələr edilib.
Qeyd olunub ki, "Metropolitendə işləyən şəhid ailələrinə və Qarabağ müharibələrinin veteranlarına yardım Mərkəzi"nin Əsasnamə layihəsinin müzakirə olunaraq əlavə və dəyişikliklərlə təsdiq edilməsi, həmçinin Mərkəzin idarəetmə orqanı olan İdarə heyətinin seçilməsi məqsədilə sıralarında 336 nəfər Qarabağ müharibəsi veteranlarını və metropolitendə çalışan şəhid ailələrinin üzvlərini birləşdirən Mərkəzin ilk təsis yığıncağı keçirilib.
Mərkəzin idarə heyəti iki ayda bir dəfədən az olmamaq şərtilə toplaşaraq, daxil olmuş müraciətlərə baxmalı və qərar verməlidirlər. Müəssisədə çalışan şəhid ailə üzvləri və veteranlar il ərzində bir dəfə tam tərkibdə toplaşaraq İdarə heyətinin hesabatını dinləməli və qiymətləndirməlidirlər.
Mərkəzin əsas maliyyə mənbəyi səhmdar cəmiyyətin və MİHİ-nin ayırdığı təyinatlı maliyyə vəsaiti hesabına formalaşır. Bununla yanaşı, MİHİ tərəfindən açılmış bank hesabına hər kəs könüllü olaraq maliyyə vəsaiti köçürə və qanunla qadağan edilməyən bütün digər ianələr də Mərkəzin maliyyələşməsini formalaşdıra bilər.
Sonda əsasnamə ilə bağlı müzakirələrdən sonra 5 nəfər İdarə heyətinə üzv seçilib.
Xatırladaq ki, milli qürurumuzun zirvəsi olan İkinci Qarabağ müharibəsində dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində əldə edilən Zəfər naminə övladları şəhid olan 4 metropolitençi və 53 nəfər müharibə veteranı sırasına ötən il yarım ərzində daha 21 qazi və şəhid ailəsi üzvü qoşularaq metropolitendə işlə təmin olunub.
Xəbər lenti
0