DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan müxalifəti xəbərdarlıq etdi

© AFP 2023Yerevanda etiraz aksiyası
Yerevanda etiraz aksiyası - Sputnik Azərbaycan, 1920, 17.05.2022
Abunə olmaq
Ermənistan müxalifət liderlərindən İşxan Saqatelyan irimiqyaslı itaətsizlik aksiyalarının başlayacağını, yolların bağlanacağını bildirib.
BAKI, 17 may — Sputnik. Ermənistanın eks-prezidenti Robert Köçəryanın oğlu Levon Köçəryan Yerevanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən etiraz aksiyalarında saxlanılıb. Bu barədə Levon Köçəryan özü məlumat verib.
Köçəryan "Telegram" kanalında yazıb: "Məni maşına gətirdilər. Biz ruhdan düşmürük, geri çəkilmirik, davam edirik".
Bir müddət əvvəl Ermənistan parlamentinin "Ermənistan" müxalifət fraksiyasından olan vitse-spikeri İşxan Saqatelyan irimiqyaslı itaətsizlik aksiyalarının başlayacağını, yolların bağlanacağını, nəqliyyatın dayandırılacağını, paytaxtın iflic olacağını açıqlayıb. Onun sözlərinə görə, çərşənbə axşamı paytaxtdakı Fransa meydanında daha bir mitinq keçiriləcək.
Aprelin 25-dən Ermənistanın hər yerində müxalifət etiraz aksiyaları keçirilir. Onlar hesab edirlər ki, hazırkı hakimiyyətin siyasəti Ermənistan və ermənilərin Dağlıq Qarabağda xəyalını qurduqları qondarma rejim üçün dağıdıcıdır. Bu, erməni tərəfini nəinki yeni güzəştlərlə, həm də dövlətçiliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoyub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Yerevanda etiraz aksiyası - Sputnik Azərbaycan, 1920, 11.05.2022
SİYASƏT
Ermənistan müxalifətinin siyasi şousu nəyə xidmət edir?
Xəbər lenti
0