CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qırmızı Körpüdə nə baş verir?

© Sputnik / Ilham MustafaAzərbaycan-Gürcüstan sərhədində TIR parkları doub
Azərbaycan-Gürcüstan sərhədində TIR parkları doub - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Abunə olmaq
Qırmzı Körpü sərhəd-keçid məntəqəsi ətrafında maşınların sayının kəskin artması səbəbindən ərazidəki TIR parkları tamamilə dolub.
BAKI, 12 may — Sputnik. Gürcüstan-Azərbaycan gömrük keçid məntəqəsində yük avtomobillərinin tıxacı yaranıb. Təkcə Azərbaycan tərəfində 600 Beynəlxalq yükdaşıma xidməti həyata keçirən TIR-lar növbə gözləyir.
TIR parklarında günlərlə növbə gözləyən sürücülər artıq bir aydır ki, bu cür sıxlığın müşahidə olunduğunu bildirirlər. Sürücülər mövcud sıxlığın yaranmasını fərqli səbəblərlə izah edirlər. Ukrayna-Rusiya arasında gedən müharibə, Gürcüstan tərəfinin bu qədər avtomobili bir gün ərzində qəbul edə bilməməsi, alternativ sərhəd-buraxılış məntəqələrinin bağlı olması və s. göstərilən səbəblər arasındadır.
Türkiyədən Azərbaycana mebel ləvazımatları gətirən Kubilay Usta 2 gündür gözlədiyini, növbəsinin isə 3 gün sonra çatacağını deyib.
© Sputnik / Ilham MustafaAzərbaycan-Gürcüstan sərhədində TIR parkları doub
Azərbaycan-Gürcüstan sərhədində TIR parkları doub - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Azərbaycan-Gürcüstan sərhədində TIR parkları doub
"Əvvəllər belə sıxıntı olmazdı. Uzağı 1-2 gün gözləyib keçərdik. Amma bir aydır belədir. Mən bundan əvvəlki səfərimdə Rusiyaya getdim. Bu səfər üç ay çəkdi. 3 ay sonra qayıtdım evimə. Əvvəllər o marşrutu 10-15, uzağı 20 gün ərzində edib dönürdük. Amma indi evimizə həsrət qalmışıq", - deyə sürücü bildirib.
Onun sözlərinə görə digər sərhəd-buraxılış məntəqələrindən də yük maşınları Qırmızı Körpüyə üz tutduğundan, burada sıxlıq yaşanır. Çünki o buraxılış məntəqələrində canlı növbə var. Canlı növbə isə sürücülərə keçid vaxtını müəyyənləşdirməyə və istirahət etməyə imkan vermir.
Türkiyənin Əskişəhər ərazisindən Azərbaycana keramika malları gətirən Ayhan Özdemir də Qırmızı Körpü sərhəd-buraxılış məntəqəsi nisbətən rahat olduğundan bura gəldiyini söyləyib.
© Sputnik / Ilham MustafaAzərbaycan-Gürcüstan sərhədində TIR parkları doub
Azərbaycan-Gürcüstan sərhədində TIR parkları doub - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Azərbaycan-Gürcüstan sərhədində TIR parkları doub
"Zaqatala, Balakəndən də getmək olar. Orada da 2-3 günlük növbə var. Lakin oranın parkı kiçik olduğundan istirahət etməyə yer olmur. Sərhəddən hər maşın keçdikdə matoru işə salıb qabağa sürməlisən. Nəticədə yuxusuzluq, yorğunluq olur. Bura səhər gəldim, növbəmi götürüb TIR parkına yerləşdim. Növbə götürəndə 700-cü maşın mənimki idi", - Özdemir bildirib.
Sıxlığın səbəbinə gəlincə, A.Özdəmir bunu dəqiq bilmir:
© Sputnik / Ilham MustafaAzərbaycan-Gürcüstan sərhədində TIR parkları doub
Azərbaycan-Gürcüstan sərhədində TIR parkları doub - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Azərbaycan-Gürcüstan sərhədində TIR parkları doub
"Ağızdan eşidirik ki, Rusiya-Ukrayna müharibəsinə görə belə olub. Türkiyə ilə Azərbaycan arasında da bütün keçid məntəqələri bağlıdır. Hatay qapısı bağlıdır, Özbək qapısı bağlıdır, ona görə də Türkiyədən gələn TIR-ların hamısı bu qapıya yığışıb. Eşitdiyimə görə Samur qapısı da bağlı olduğundan Rusiyaya gedən TIR-lar da Qırmızı Körpüdən keçmək üçün gəlir. Gün ərzində 300-400 yük maşını buraxılır. Ondan artığını Gürcüstan qəbul edə bilmir. 2 ay əvvəl çox rahat idi. Əvvəl bir ayda 2 dəfə Azərbaycana gəlirdim, 3-cüyə də hazırlaşırdım. İndi nə biz pul qazana bilirik, nə də şirkət. Vəziyyətin düzələləcəyinə ümid edirik".
Özbəkistandan gələrək İstanbula getməli olan Cüma Timur isə 4 gündür Qırmızı Körpüdə gözləyir. O, növbəsinin sabah çatacağını deyib:
© Sputnik / Ilham MustafaAzərbaycan-Gürcüstan sərhədində TIR parkları doub
Azərbaycan-Gürcüstan sərhədində TIR parkları doub - Sputnik Azərbaycan, 1920, 12.05.2022
Azərbaycan-Gürcüstan sərhədində TIR parkları doub
"4 gündür ki, bu parkdayam. Əvvəllər də bura gəlmişəm. Ən uzağı bir gecə qalandan sonra növbəmiz çatırdı. Amma indi gündən-günə növbə çoxalır. Biz də səbəbəni bilmirik. Gömrük əlindən gələni edir. Maşınlar keçir. Amma görünən odur ki, gələn-gedəndən çoxdur".
Qırmızı Körpü sərhəd-keçid məntəqəsi ətrafında maşınların sayının kəskin artması səbəbindən ərazidəki TIR parkları tamamilə dolub. Bir yandan gələn maşınlar isə yol kənarları və yanacaqdoldurma məntəqələrinin ərazilərində dayanmağa məcbur olurlar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0