Сьемка, фото из архива - Sputnik Azərbaycan, 1920
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Mingəçevir sakininin kiçik zooparkı: Burada yaşayan oxatan kirpi "vegeterian" imiş

Abunə olmaq
Təbiətə ağaclar, güllər, çiçəklərlə yanaşı həm də müxtəlif quşlar, heyvanlar da gözəllik verir. Mingəçevir sakini Arif Məmmədov yaşadığı həyətdə kiçik heyvanat parkı yaratmaqla insanlara təbiətin gözəlliklərinə daha yaxın olmaq imkanı bəxş edib.
Burada xüsusi hazırlanmış qəfəslərdə dünyanın müxtəlif yerlərinə aid quşlar bəslənir. Onlar arasına pambıq toyuq, kaliforniya bildirçini, rahibə quşu, ağ və göy tovuzquşular diqqəti daha çox çəkir.
Maraqlı məqam odur ki, həmin vəhşi təbiət canlıları uçub, qaçıb həyətdən kənara çıxmırlar. Mülayim havada ağ və qöy tovuzquşunun "qanad şousu" insanlara xüsusi zövq verir.
Kiçik zooparkın sahibi quşların bəslənməsində hər hansı çətinliyin olmadığını deyir.
Mingəçevir sakinin həyətində yaratdığı kiçik zooparkda bəzəkli,fərqli quşlardan başqa heyvanlara da rast gəlmək mümkündür. Qaçmağa həvəsli dovşan və təhlükəli hesab edilən oxatan kirpi. Təxminən 3 il öncə yaralı halda Mingəçevirə gətirilən iynəli canlı sağaldıqdan sonra əhilləşməklə yanaşı, ox atmağı da unudub.
Qeyd edək ki, heyvanat parkının və qonaqpərvər sahibinin qapıları şəhər sakinlərinin və heyvanlara baxmaq istəyən bütün qonaqların üzünə açıqdır. Odur ki, Mingəçevirə yolunuz düşsə, haqqında danışdığımız göz oxşayan kiçik zooparkı öz gözlərinizlə görməyə dəyər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0