Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan Premyer Liqasında XXVI turu bu gün yekunlaşır

© Photo : Azerbaijan Professional Football LeagueNeftçi-Səbail oyunu, arxiv şəkli
Neftçi-Səbail oyunu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.05.2022
Abunə olmaq
Turun son oyununda "Qəbələ" evdə "Neftçi" ilə qarşılaşacaq. II sırada qərarlaşan "ağ-qaralar" gümüş medalları təmin etdiyindən görüş onlar üçün formal xarakter daşıyır.
BAKI, 9 may - Sputnik. Mayın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI tura yekun vurulacaq. Son oyun günündə 2 qarşılaşma keçiriləcək.
Azərtac-ın xəbərinə görə, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Şamaxı" arasında olacaq. Hazırda əyalət təmsilçisi 21 xalla 6-cı, "gənclik şəhəri" klubu isə 15 xalla 7-ci pillədə yer alıb.
Komandalar indiyədək Premyer Liqada 38 dəfə qarşılaşıblar. Bunların 10-da meydan sahibləri, 17-də qonaqlar qələbə qazanıblar. Topların nisbəti də "Şamaxı"nın xeyrinədir - 55:39.
Son 8 oyunda meydan sahibi olan komanda qalib gəlməyib. “Sumqayıt” klubu 6 matçdır meydanı qolsuz tərk etmir.
Turun son oyununda "Qəbələ" evdə "Neftçi"ni qəbul edəcək. 50 xalla 2-ci sırada qərarlaşan "ağ-qaralar" gümüş medalları təmin etdiyindən görüş bu komanda üçün formal xarakter daşıyacaq. Otuz səkkiz xalla 5-ci olan "qırmızı-qaralar" isə avrokuboklara lisenziya şansını saxladığından ən azı uduzmamağa çalışacaq.
İki kollektiv daha əvvəl ölkə çempionatında 54 dəfə üz-üzə gəlib. Əyalət klubu 65, paytaxt təmsilçisi 82 qələbəyə sevinib. Topların fərqində də qonaqlar üstündür - 82:65. Qəbələdəki son iki oyun heç-heçə ilə bitib. “Neftçi” 12 oyundur uduzmur və 19 matçdır meydandan qolsuz ayrılmır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0