SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Naxçıvana niyə gedib?

© Photo : MFA AzerbaijanAzərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov
Azərbaycan Xarici İşlər Naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan, 1920, 07.05.2022
Abunə olmaq
Azərbaycanın XİN başçısı Naxçıvanın rəhbəri Vasif Talıbovla birlikdə ulu öndər Heydər Əliyevə həsr olunan sərgi ilə tanış olub.
BAKI, 7 may — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Naxçıvana gedib. Bu barədə XİN məlumat yayıb.
Nazir Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Daha sonra C.Bayramov və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ulu öndər Heydər Əliyevə həsr olunan sərgi ilə tanış olublar.
Xatırladaq ki, Ceyhun Bayramov ötən gün BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Donqyu ilə görüşüb.
Nazir Qu Donqyunu salamlayaraq ölkəmizin BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığa hər zaman önəm verdiyini vurğulayıb. Cari ildə BMT-də üzvlüyümüzün 30 ilinin qeyd edildiyini bildirən nazir, bu müddət ərzində Azərbaycan və FAO arasında qarşılıqlı faydalı əməkdaşlığın həyata keçirildiyini qeyd edib. Azərbaycanın ərzaq təhlükəsizliyinə xüsusi diqqət ayırdığı ifadə edilib.
Baş direktor Qu Donqyu Azərbaycanda olmaqdan və ölkə rəsmiləri ilə keçirdiyi məhsuldar görüşlərdən məmnunluğunu ifadə edib. O, Azərbaycanın ərzaq sistemləri və kənd təsərrüfatının inkişafı üçün böyük potensiala sahib olduğunu vurğulayıb. Baş direktor kənd təsərrüfatı sahəsində rəqəmsal keçid, innovasiyaların tətbiqi, fermerlərin təhsili kimi sahələrdə əməkdaşlığın inkişafına diqqət çəkib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçirilən quruculuq işləri, o cümlədən kənd təsərrüfatı, alternativ enerji sahələrində aparılan işlər və bu ərazilərdə tətbiq edilən "ağıllı kənd" konsepsiyası barədə məlumat verib. Nazir, bərpa və quruculuq prosesində BMT-nin ixtisaslaşmış qurumları ilə yaxşı əməkdaşlıq və təcrübə mübadiləsinin həyata keçirildiyini vurğulayıb.
Baş direktor Qu Donqyu FAO ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığın daha da gücləndirilməsində maraqlı olduqlarını ifadə edib.
Görüşdə aqroelektron ticarət və ya rəqəmsal kənd təsərrüfatı və ərzaq, tədqiqat-inkişaf (R&D) layihələri, habelə kənd yerlərinin rəqəmsal inkişafı mövzusunda ətraflı müzakirələr aparılıb, bu sahələr üzrə Azərbaycan və FAO arasında əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0