Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib - VİDEO

© AR Ministry of DefenceRaket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər
Raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər - Sputnik Azərbaycan, 1920, 05.05.2022
Abunə olmaq
Cəmləşmə rayonlarına çıxarılan raket və artilleriya bölmələri təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.
BAKI, 5 may — Sputnik. Cari ilin hazırlıq planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində döyüş atışlı taktiki təlimlər keçirilib.
Müdafiə Nazirliyinin məlumatına görə, cəmləşmə rayonlarına çıxarılan raket və artilleriya bölmələri təyin olunmuş yerlərdə atəş mövqelərini tutublar.
Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəfləri bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.
Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla keçirilən təlimin əsas məqsədi raket və artilleriya bölmə komandirlərinin müasir döyüşü idarətmə qabiliyyətinin təkmilləşdirilməsi, peşəkarlığın yüksəldilməsi, eləcə də şəxsi heyətin döyüş vərdişlərinin artırılmasıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Raket və artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib - Sputnik Azərbaycan, 1920, 05.04.2022
HƏRBİ
Raket və artilleriya bölmələri atəş tapşırıqları yerinə yetirib
Xəbər lenti
0