DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

SSRİ-ni ləğv etmiş üç nəfərdən ikincisi vəfat edib

© Sputnik / Дмитрий ДонскойStanislav Şuşkeviç, arxiv şəkli
Stanislav Şuşkeviç, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.05.2022
Abunə olmaq
SSRİ-ni buraxılmasına səbəb olan Belovejsk sazişinin iştirakçılarından biri olan Şuşkeviç, Aleksandr Lukaşenkonun impiçmenti ilə bağlı Konstitusiya Məhkəməsinə göndərilən bəyanata imza atmışdı.
BAKI, 4 may — Sputnik. Müstəqil Belarus Respublikasının ilk rəhbəri, Ali Sovetin sədri Stanislav Şuşkeviç 87 yaşında vəfat edib. Bu barədə "Euroradio" məlumat yayıb.
1991-ci ilin avqust çevrilişindən sonra S.Şuşkeviç Belarus parlamentinə rəhbərlik edib. O, 1991-ci ilin dekabrında SSRİ-ni buraxılmasına səbəb olan Belovejsk sazişinin iştirakçılarından biri olub.
Siyasətçi 1994-cü ilin əvvəlində Ali Sovetin sədri vəzifəsindən kənarlaşdırılıb. 1994-cü il prezident seçkilərində iştirak edib, lakin ikinci tura keçməyib.
1995-ci ildə yenidən Belarus Ali Sovetinə deputat seçilib, Vətəndaş Fəaliyyəti fraksiyasının üzvü olub. 1996-cı ilin payızında o, Aleksandr Lukaşenkonun impiçmenti ilə bağlı Konstitusiya Məhkəməsinə göndərilən bəyanatı imzalayıb. S.Şuşkeviç Nümayəndələr Palatasına daxil olmaqdan imtina edib, daha sonra səlahiyyətləri 2001-ci ildə başa çatan Ali Şuranın fəaliyyətində iştirak edib.
Dövlət xadimi uzun müddət Belarus Sosial Demokrat Hramadasına rəhbərlik edib (2018-ci ildən - fəxri sədr). O, Lukaşenkonun siyasətini tənqid edib.
Bu ilin aprelində Şuşkeviçin səhhəti koronavirus infeksiyasına yoluxduqdan sonra pisləşib, bir müddət reanimasiyada olub.
Belovejsk sazişi
Belovejsk sazişi 8 dekabr 1991-ci ildə SSRİ-nin ləğv edilməsi barədə RSFSR, Belorusiya və Ukrayna tərəfindən imzalanıb. Sazişi imzalayan tərəflər elə buradaca Müstəqil Dövlətlər Birliyinin (MDB) yaranmasını elan ediblər.
Hüquqi baxımdan bu müqavilə etibarsız hesab edilirdi. Çünki SSRİ konstitusiyasına görə İttifaqın beynəlxalq hüququn subyektliyini itirməsinə, yəni ləğv edilməsinə yalnız ümumxalq səsverməsi (referendum) vasitəsilə birbaşa xalq qərar verməli idi. Xalq üç ölkə lideri Belovejsk meşəsində sözügedən sazişi imzalamamışdan əvvəl bunu etmişdi. Referendumda sovet vətəndaşlarının 74 faizindən çoxu SSRİ-nin qalmasına səs vermişdi. Lakin o vaxtkı RSFSR başçısı Boris Yeltsin, Ukrayna lideri Leonid Kravçuk və Belorusiya rəhbəri Stenislav Şuşkeviç Sovet İttifaqının digər subyektlərinin rəyini nəzərə almadan, SSRİ Konstitusiyasının normalarını pozmaqla səlahiyyətləri olmadıqları halda bu qeyri-hüquqi müqaviləni imzalayıblar.
Onu da qeyd etmək lazımdır ki, bu müqavilənin əsli "itirilib". Heç bir dövlətin arxivində saxlanmayıb. Ona görə də bu müqavilənin şərtləri haqqında detallı məlumat yoxdur.
Xatırladaq ki, Belovejsk sazişini imzalayan üç nəfərdən biri - Boris Yeltsin 2007-ci ilin 23 aprelində vəfat edib. 88 yaşlı Leonid Kravçuk isə hazırda Ukraynada yaşayır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Президент Белоруссии Александр Лукашенко, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Belarus Ukraynadakı əməliyyatlarda iştirak etməyəcək
Xəbər lenti
0