Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Təsdiq edilmiş qaz ehtiyatlarına görə ilk 20 ölkə

Abunə olmaq
Azərbaycan sübut olunmuş qaz ehtiyatlarına görə dünyada 20-ci yeri tutur. 2021-ci ildə 43,9 milyard kubmetr qaz hasil olunub ju, bu da proqnozdan 7% çoxdur.
OPEC-in məlumatına əsasən, dünyada təsdiq olunmuş təbii qaz ehtiyatlarına görə birinci yeri 48,9 trilyon kubmetrlə Rusiya tutur. RF-nın payına dünyanın təbii qaz ehtiyatlarının təxminən 25%-i düşür.
Azərbaycan bu siyahıda 2,2 trilyon kubmetr ehtiyatla 17-ci yeri tutur.
Azərbaycanda ən iri qaz-kondensat yatağı 1,2 trilyon kubmetrlə "Şahdəniz"dir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə xarici şirkətlərin konsorsiumu arasında "Şahdəniz" yatağının kəşfiyyatına dair razılaşma 1996-cı il iyunun 4-də bağlanıb.
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, 2021-ci ildə ölkədə 43,9 milyard kubmetr qaz hasil edilib ki, bu da proqnozdan 2,9 milyard kubmetr və ya 7% çoxdur. "Şahdəniz" konsorsiumunun payına 22,6 milyard kubmetr qaz düşür ki, bu da proqnozdan 1,1 milyard kubmetr və ya 5% çoxdur.
Xəbər lenti
0