Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Bakıda sabahdan bəzi yollar bağlanacaq

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidyol nişanı
yol nişanı - Sputnik Azərbaycan, 1920, 29.04.2022
Abunə olmaq
Azadlıq prospektində təmir işləri mayın 1-dək davam edəcək.
BAKI, 29 aprel - Sputnik. Bakıda sabahdan bəzi yollar bağlanacaq. 30 aprel 2022-ci il saat 08:00-dan 01 may 2022-ci il saat 20:00-dək Azadlıq prospektində təmir işləri aparılacaq.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, bununla əlaqədar sözügedən prospektin Sahib Zeynalov küçəsindən İzzət Həmidov küçəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. Aparılacaq təmir-tikinti işləri ilə əlaqədar adı çəkilən prospektdə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcəyi halda, həmin ərazidə fəaliyyət göstərən 4, 85 və 88 nömrəli müntəzəm marşrutların hərəkət sxemində müvafiq dəyişikliklər olunaraq fəaliyyətləri alternativ küçələrlə təşkil ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Автобус Bakubus, фото из архива  - Sputnik Azərbaycan, 1920, 12.04.2022
CƏMİYYƏT
BNA qurumda aşkarlanan qanunsuzluqlara aydınlıq gətirib
Xəbər lenti
0