Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Kitab və kağızın “dərdi”: ƏDV nə zaman götürüləcək?

© Sputnik / Murad OrujovKitab yarmarkası, arxiv şəkli
Kitab yarmarkası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.04.2022
Abunə olmaq
Kitab və kağız məmulatlarının ƏDV-dən azad edilməsi ictimaiyyət nümayəndələrini, yazıçıları, naşirləri, ziyalıları xeyli rahatlaşdırmışdı.
BAKI, 26 aprel — Sputnik. Kitab və kağız məmulatlarının Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunmasını uzun illər israrla təklif edirdik. Bu addım həm ölkəmizdə kitab sənayesinin, həm də ədəbiyyatımızın inkişafına ciddi təkan verməli idi. Nəhayət ki, ötən il arzusunda olduğumuz qərar verildi. Kitab və kağız məmulatlarının ƏDV-dən azad edilməsi üçün çalışan ictimaiyyət nümayəndələri, yazıçılar, naşirlər, ziyalılar xeyli rahatlaşdı. Qərarın qəbul olunması hər birimiz üçün ümidverici idi və gözəl işlərin olacağını vəd edirdi.
Ötən ilin dekabrnda Milli Məclis Vergi Məcəlləsinə dəyişiklik layihəsini III oxunuşda müzakirəyə çıxardı və layihə qəbul edildi. Dəyişikliyə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiqlənən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu kütləvi informasiya vasitələri məhsullarının və kitabların, o cümlədən elektron kitabların, habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyətindən (reklam xidmətləri istisna olmaqla) ƏDV tutulmayacaqdı.
© Sputnik / Murad OrujovPul sayılması, arxiv şəkli
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.04.2022
Pul sayılması, arxiv şəkli
***
Ancaq heç nə arzuladığımız və gözlədiyimiz kimi olmadı...
Nəşriyyatlar və mətbəələr kitab çapı üçün nəzərdə tutulan kağızın sürətlə bahalanmasından və ƏDV-dən azad edilməməsindən şikayət edir. Xaricdən gətirilən kitabların da qiymətində ucuzlaşma müşahidə edilmir. Kağız bahalaşdıqca kitab çapı da bahalaşır. Kağızın və kitab çapının bahalaşması isə kitab bazarına olduqca mənfi təsir edir.
Vergi Məcəlləsinə dəyişikliyə riayət olunsaydı, kitablar kifayət qədər ucuzlaşmalı idi. Təəssüf ki, heç bir ucuzluqdan və ƏDV-nin götürülməsindən söhbət gedə bilməz.
Nəşriyyatlarla sıx əlaqələrim olduğundan, prosesi diqqətlə izləyirəm. Nazirlər Kabineti ölkə prezdentinin Fərmanına əsasən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısını təsdiq etməli və bu barədə cənab prezidentə məlumat verməli idi.
Vergi Məcəlləsinə dəyişiklik layihəsinin qəbul edilməsindən 5 aya yaxın vaxt keçməsinə baxmayaraq, Nazirlər Kabineti sözügedən siyahını hələ də təsdiq etməyib. Nəşriyyat-poliqrafiya və kitab satışı sahəsində çalışanlar isə çaşqınlıq içərisindədir.
Kitab çapı və satışı ilə məşğul olan vergi ödəyiciləri hələ də nə edəcəklərini bilmir, köhnə qaydalarla ƏDV ödəməyə davam edirlər. Və qəribədir ki, ölkə prezidentinin 29 dekabr 2021-ci il tarixli 1533 nömrəli Fərmanı hələ də icra olunmur.
***
Şəxsən mən bu məqamı səhlənkarlıq, başdansovdu yanaşma kimi qəbul edirəm. Ya Nazirlər Kabineti görməli olduğu işlərin öhdəsindən gələ bilmir, ya da bizim hörmətli məmurlarımızı kitabın, ədəbiyyatın taleyi narahat etmir.
Məsələnin həllini tapmaması şəxsən məni narahat edir. Yazıçılığımı və müəllif kimi narahatlığımı bir tərəfə qoyuram, nəşriyyatlarla əməkdaşlıq edən tərcüməçi və redaktor kimi bu problemin davam etməsindən ciddi narahatlıq keçirirəm.
© Sputnik / Murad OrujovVergi Məcəlləsi
Налоговый кодекс Азербайджанской Республики - Sputnik Azərbaycan, 1920, 25.04.2022
Vergi Məcəlləsi
***
Naşirlər və poliqrafiya sahəsində çalışanlar hələ də ölkəyə gətirilən hər növ kağız və kitablara görə gömrükdə əlavə 18 faiz ödəniş edir. Üstəlik kitab dükanlarında hər satlan kitaba görə ƏDV ödənilir. Vergi Məcəlləsinə dəyişikliyə görə yanvar ayının 1-dən kitaba aid nə varsa, hər növ kağız və kitab satışı ƏDV-dən azad olmalı idi. Aydın məsələdir ki, qanuna əməl edilmir.
***
Bu məsələ məni sadə vətəndaş kimi də narahat edir
Ümid edirəm ki, Nazirlər Kabineti görməli olduğu işin öhdəsindən vaxtında gələcək, nəşriyyat-poliqrafiya, kitab, dərslik, kağız satışıyla məşğul olanlar da rahat nəfəs alacaq. Əslində, indiyə qədər biz kitab nəşrində və satışında ucuzlaşmanı hiss etməli, bundan faydalanmalı idik.
Təəssüf ki, məmur laqeydliyi, bəlkə də bacarıqsızlığı kitab bazarına, dolayısıyla ədəbiyyatımıza, mədəniyyətimizə və ən nəhayət, büdcəmizə ziyan vurur.
Hər halda Nazirlər Kabineti, hörmətli baş nazirimiz bu məsələnin aydınlığa qovuşması üçün hansısa addım atmalıdır. Kitaba yaradılan süni maneələrin aradan qaldırılması mədəniyyətimiz üçün də böyük töhfə olar.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda Azərbaycan bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.02.2022
YAZARLAR
Beynəlxalq Ana Dili Günü: Bəs dilimiz nə gündədir?
Xəbər lenti
0