DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Yaponiyada dünyanın ən yaşlı qadını dünyasını dəyişib

© AFP 2023 / Handout /Fukuoka Prefectural GovernmentKeyn Tanaka
Keyn Tanaka  - Sputnik Azərbaycan, 1920, 25.04.2022
Abunə olmaq
İki dünya müharibəsini və beş imperatoru yola salan qadın qazlı içkiləri və şokoladı hər şeydən çox sevirdi.
BAKI, 25 aprel — Sputnik. Yer kürəsinin ən yaşlı sakini vəfat edib.
NHK telekanalının yaydığı xəbərə görə, 2019-cu ildə dünyanın ən yaşlı insanı kimi tanınan yapon qadın Keyn Tanaka 120 yaşında vəfat edib.
Keyn Tanaka Rus-Yapon müharibəsindən əvvəl - 1903-cü ildə anadan olub. O, iki dünya müharibəsindən sağ çıxmış, islahatçı imperator Meydzidən başlayaraq onun nəvəsi, indiki imperator Naruhitoya qədər beş imperatorun hakimiyyətini görmüşdü.
Yaponiyanın Fukuoka prefekturasında, qocalar evində yaşayan Tanaka yanvar ayında 119 yaşını qeyd etmişdi. Qadın qazlı içkiləri və şokoladı hər şeydən çox sevirdi.
2019-cu ilin mart ayında o, planetin ən yaşlı sakini kimi Ginnesin rekordlar Kitabına düşmüşdü. Keyn Tanaka, həmçinin, Yaponiyanın özündə də uzunömürlülük üzrə rekordu təzələyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Yaponiya imperatoru Naruhito, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.11.2021
CƏMİYYƏT
Yaponiya İmperatoru azərbaycanlı müəllimi mükafatlandırdı
Xəbər lenti
0