Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Rusiya MN son sutkada vurulmuş hədəfləri açıqladı

© Пресс-служба Минобороны РФ / Mediabanka keçidİqor Konaşenkov
İqor Konaşenkov - Sputnik Azərbaycan, 1920, 23.04.2022
Abunə olmaq
General-mayor İqor Konaşenkov bildirib ki, gecə ərzində Ukraynanın 11 hərbi obyektinə zərbələr endirilib.
BAKI, 23 aprel — Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri Xarkov vilayətində Ukraynaya məxsus Su-25 təyyarəsini, Çernobaevka ərazisində isə Pantsir-S ekipajı havada iki “Toçka-U” taktiki raketini vurub. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
İ.Konaşenkovun sözlərinə görə, gecə ərzində Ukraynanın 15 pilotsuz uçuş aparatı, o cümlədən Nikolayev vilayətinin Novaya Zarya qəsəbəsi üzərində bir Bayraktar TB2 də məhv edilib.
General-mayor bildirib ki, Rusiya Aerokosmik Qüvvələri Ukraynanın 11 hərbi obyektini yüksək dəqiqlikli havadan buraxılan raketlərlə vuraraq Ukrayna Silahlı Qüvvələrinin iki rotasını məhv edib.
Konaşenkov qeyd edib ki, Çervonnoye kəndi ərazisində üç raket və artilleriya silahı anbarı da məhv edilib.
O bildirib ki, Ukraynada xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya silahlı qüvvələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 538 pilotsuz uçuş aparatı (PUA), 2471 tank və zirehli texnikası, həmçinin 274 reaktiv yaylım atəş sistemini məhv edib.
“Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi aşağıdakılar məhv edilib: 141 təyyarə, 110 helikopter, 538 pilotsuz uçuş aparatı, 261 zenit-raket kompleksi, 2471 tank və digər zirehli döyüş texnikası, 274 reaktiv yaylım atəşi sistemi, 1075 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2311 ədəd xüsusi təyinatlı hərbi texnika”, - deyə Konaşenkov bildirib.
General-mayor qeyd edib ki, Rusiya Aerokosmik Qüvvələrinin aviasiyası gecə saatlarında Ukraynada 66 hərbi obyektə, o cümlədən 3 raket və artilleriya silahı anbarına, canlı qüvvə və Ukrayna hərbi texnikasının cəmləşdiyi 58 əraziyə zərbələr endirib.
Rusiya Silahlı Qüvvələri Çuqev kəndi yaxınlığındakı ərazidə Ukraynanın üç Mi-8 helikopterini məhv edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 09.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Aerokosmik Qüvvələri bir gecədə Ukraynanın 85 hərbi obyektini vurub
Xəbər lenti
0