Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qazaxda bədbəxt hadisə baş verib, xəsarət alanlar var

© Sputnik / Emin AlisahibTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 23.04.2022
Abunə olmaq
Naməlum əşyaya toxunan bacı-qardaş xəsarət aldılar.
BAKI, 23 aprel - Sputnik. Qazaxda bədbəxt hadisə baş verib.
"Report"un məlumatına görə, hadisə Quşçu Ayrım kəndində qeydə alınıb.
İlkin məlumatlara görə, bacı-qardaş ərazidə mal-qara otaran zaman hələ ki dəqiq bilinməyən partlayıcı aşkarlayıblar. Oğlan onu yerə çırpan zaman kiçik partlayış baş verib.
Xəsarət alanlar 2010-cu il təvəllüdlü Nuriyev Cavad Mikayıl oğlu və onun bacısı, 2008-ci il təvəllüdlü Nuriyeva Nabad Mikayıl qızıdır. N.Nuriyevanın vəziyyəti normal, digərinin vəziyyəti isə kafi qiymətləndirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Mina nişanı - Sputnik Azərbaycan, 1920, 23.04.2022
HADİSƏ
Qubadlıda minaya düşən şəxsin ayağı amputasiya olunub
Xəbər lenti
0