Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lenin mavzoleyi ziyarətçilər üçün bağlanacaq

© Sputnik / Евгений Одиноков / Mediabanka keçidVladimir Leninin məqbərəsi
Vladimir Leninin məqbərəsi - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Abunə olmaq
Sovet dövlətinin qurucusunun 152 illiyi qeyd olunandan sonra onun mavzoleyi müvəqqəti olaraq ziyarətçi qəbul etməyəcək.
BAKI, 22 aprel - Sputnik. Vladimir Leninin məqbərəsi Böyük Vətən Müharibəsində Qələbənin 77-ci ildönümünün qeyd edilməsinə hazırlıqla əlaqədar aprelin 23-dən müvəqqəti olaraq bağlanacaq. Bu barədə Rusiya Federal Mühafizə Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
“Böyük Vətən müharibəsində Qələbənin 77-ci ildönümünün qeyd edilməsinə həsr olunmuş tədbirlərin hazırlanması və keçirilməsi ilə əlaqədar 2022-ci il aprelin 23-dən mayın 16-dək V.İ.Leninin mavzoleyinə və Kreml divarı yaxınlığındakı nekropola ziyarətçilərin qəbulu həyata keçirilməyəcək”, - məlumatda deyilir.
Qələbə paradı ənənəvi olaraq mayın 9-da Moskvada keçiriləcək. Hazırda məşqlər gedir. Aprelin 28-i və mayın 4-də Moskvada Qələbə Paradının gecə hazırlığı keçiriləcək.
Xatırladaq ki, proletariatın "dahi rəhbəri" Vladimir Leninin bu il aprelin 22-də 152 yaşı tamam olur. 1924-cü il yanvarın 21-də vəfat edən Leninin mumiyası Moskvanın Qızıl meydanında onun adını daşıyan mavzoleydə saxlanılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Иосиф Сталин, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.01.2021
CƏMİYYƏT
Mao, Lenin və Stalinin gülüşü, "uçan xalça" və bahalaşmadan qazanc
Xəbər lenti
0