Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

"Ən yaxşı qumbaraatan heyəti" adı uğrunda yarışlar keçirilib - VİDEO

© AR Ministry of Defence"Ən yaxşı qumbaraatan heyəti" adı uğrunda yarışların iştirakçısı
Ən yaxşı qumbaraatan heyəti adı uğrunda yarışların iştirakçısı - Sputnik Azərbaycan, 1920, 22.04.2022
Abunə olmaq
Yarışın keçirilməsində əsas məqsəd şəxsi heyətin hazırlıq səviyyəsinin yoxlanılması və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də döyüş hazırlığı üzrə fərqlənən hərbi qulluqçuların mükafatlandırılmasıdır.
BAKI, 22 aprel — Sputnik. Quru Qoşunlarının 2022-ci tədris ilinin hazırlıq planına əsasən "Ən yaxşı SPQ-9 və AQS-17 (AQS-30) heyəti" adı uğrunda yarışlar keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Atışdan əvvəl hərbi qulluqçuların nəzəri bilikləri yoxlanılıb, fiziki hazırlıq, taktiki hazırlıq və mühəndis hazırlığı üzrə normativlər qəbul olunub.
6 mərhələ üzrə keçirilən yarışda heyətlər tank əleyhinə dəzgahlı qumbaraatanlardan şərti düşmənin müxtəlif hədəflərini məhvetmə, həmçinin dəzgahlı avtomatik qumbaraatanlardan yarımdüzünə tuşlama ilə yerindən atəş üzrə təlim atış çalışmalarında öz bacarıqlarını nümayiş etdiriblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0