Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Çinin heç bir illüziyası yoxdur və ABŞ-la müharibəyə hazırlaşır

© AP Photo / Vincent YuÇin
Çin - Sputnik Azərbaycan, 1920, 21.04.2022
Abunə olmaq
Çin Xalq Respublikası getdikcə kollektiv Qərbin daha çox başağrısına çevrilməyə başlayır.
BAKI, 21 aprel — Sputnik, Dmitri Kosırev. Çin KİV-ləri tərəfindən hazırda təşkil edilən Amerikanın gündəlik "bombardmanları" heç də ancaq şifahi deyil. Onlar bəzən şəkillər vasitəsi ilə də həyata keçirilirlər. Məsələn, ABŞ-ı dünya nizamını məhv edən Voldemort kimi, Amerikanın müttəfiqlərini isə sahibinə xidmət edən zombi izdihamı kimi çəkmək üçün Harri Potterin tarixini yaxşı bilmək və yenə də çox qəzəbli olmaq lazımdır. Ona görə qəzəbli olmaq ki, Çində yaxşı başa düşürlər: Qərbin Rusiyaya qarşı Ukrayna təxribatı, eyni zamanda, Pekinə qarşı da yönəlib.
"İllər sonra insanlar Rusiya-Ukrayna böhranında kimin haqlı, kimin haqsız olduğunu axtarmaq üçün tarixi araşdırdıqda, Qərbin indiki sözlərinin mahiyyətini görəcəklər", - "Jenmin jibao"dakı məqalənin müəllifi söhbətə başlayır. - "ABŞ-ın davranışı 21-ci əsrin əvvəllərində dünyada baş vermiş ən gülünc və həyasız hadisələrdən biridir." Sonra isə o, hazırda səhmləri sürətlə yüksələn Amerika hərbi-sənaye kompleksinin necə işlədiyi barədə ətraflı danışır.
Ancaq bu, məsələnin aşkar görünən tərəfidir, daha az aşkar görünən tərəfi isə — Qərb və bütün başqaları fevralın 24-də baş verən ilk şokdan uzaqlaşaraq "nə etməli və real rəqib kimdir" sualına aydınlıq gətirməyə başlayıblar. Və nədənsə, düşmənin, hər halda, Çin olduğu getdikcə daha çox nəzərə çarpır.
İngilisdilli Global Times-da bu mövzuda başqa bir Pekin materialı var. Söhbət ABŞ-ın Ukrayna münaqişəsini uzatmaq üçün düşünülmüş siyasətindən, xüsusən də Bayden administrasiyasının əsas fiqurlarının hazırda Ukraynanı 2022-ci ilin sonuna qədər və ya daha uzun müddətə döyüşməyə məcbur edəcəkləri barədə ya proqnoz verməsindən, tövsiyyə edəcəyi haqqında gedir. Bu, nəyə lazımdır: bizim tamam başqa dünya qurmaq üçün vaxtımız olmalıdır ki, burada təkcə avropalılar Rusiyaya qarşı deyil, həm də asiyalılar Çinə qarşı çıxacaqlar.
Və bu, həqiqətən də baş verir. Global Times xatırladır ki, hazırda Yaponiya və Cənubi Koreyanın xarici işlər nazirləri ilk dəfə olaraq NATO toplantısına dəvət ediliblər. Yaponiyanın AUKUS hərbi blokuna cəlb edilməsinə cəhd edilib. Eyni zamanda, Çini də Tayvana qarşı lazımsız hərbi əməliyyata təhrik etmək cəhdləri gücləndirilib. Çin nəşrinin yekunu: Vaşinqton getdikcə daha çox xaos və müharibə mənbəyinə çevrilir.
Bəs nə üçün həm rəsmi, həm də rəsmi olmayan bütün Pekin şərhçiləri əvvəlcə daha təmkinli idilər? Və hazırda nə baş verir? Çinlilər sadəcə olaraq Vaşinqtonun əməllərinə reaksiya verirlər.
Fevralda hər şeyin Amerikanın ssenarisi üzrə getmədiyini güman etmək olardı. Ola bilsin ki, biz sakit oturmalıydıq və sonra (yəqin ki, martda) Donbass ərazisində tamamilə fərqli hərbi əməliyyatlar planlaşdırılmışdı – həm də təkcə orada deyil. Hərçənd, bizim üçün daha xoşagəlməz ssenarilər barədə xəbərlər yayılırdı. Moskvanın xəbərdarlıq cavabı gözlənilməz oldu və ilk vaxtlar Qərb Kiyevlə riqqətli birlikdə sanksiyalar və təbliğat fantomlarının yaradılması ilə məhdudlaşaraq özünə gəlirdi. Onları hamımız bilirik: Ukrayna müqavimət göstərir və qalib gəlir, Rusiya soyqırımdan sonra daha bir soyqırım edir, Putinə həqiqəti söyləmirlər və s.
Demokratların mediası və o media qurumlarının bənzərlərində bu axmaq təbliğatdan savayı heç nə olmurdu və qarşı tərəf özünü buna uyğun olaraq aparırdı. Lakin, tədricən, daha çox sistemli qiymətləndirmələr yarandı. Bunlar, dünyanın necə olduğu və kimə gərəkliliyi barədə Pekində də oxunan materiallardır.
ABŞ-da bu cür nəşrlərin artan dalğası üçün çox tipik bir başlıq var: "Çinə müqavimət göstərmək Rusiyanı məğlub etmək deməkdir". Müəllif - "Realist" məktəbinin çox ciddi adamı olan Hel Brends deyir ki, əvvəlcə, fevralda Vaşinqtonda, "indi əsas düşmən Rusiyadır" qərarını verənlər başlarını qaldırdılar.
Lakin ABŞ-ın mövcudluğu üçün əsl problemin hələ də Çin olduğunu xatırladan qüvvələr təslim olmadılar. Pentaqonun yeni Milli Müdafiə Strategiyası da bunu təsdiq edir: Şərqi Avropada heç bir müharibə Sakit Okeanda olan əsas təhlükədən diqqəti yayındırmamalıdır. Hər halda, Ukrayna hekayəsi iki nəhəngin bu real mübarizəsi ilə qırılmaz şəkildə bağlıdır. Elə sabahın dünyası necə olmalıdır sualı da buna uyğundur.
Söhbət ondan getmir ki, biz bu məsələ ilə razılaşmırıq. Biz, əslində, bunu özümüz qoyuruq, məsələn: "Ümumiyyətlə, adamda belə bir təəssürat yaranır ki, dünyanın demək olar ki, hər yerində, Qərbin öz nizamını qurmağa gəldiyi bir çox regionlarda nəticədə qanlı olur, sağalmamış yaralar, beynəlxalq terrorizm və ekstremizin səbəb olduğu xoralar əmələ gəlir". Bu, prezidentin fevralın 24-də olan müraciətindəndir. Bəli, söhbət təkcə Ukraynadan yox, sabahın bütün dünya düzəninin necə olmasından gedir. Xüsusi əməliyyat ilk fasilədən sonra bu mövzuda — ABŞ-da, Çində, bizdə, hər yerdə əks olunan dalğanı yaratdı.
Və bu mövzuda başqa bir material; müəllif Steysi Goddard az tanınan personajdır və o, indi Avropanı və ABŞ-da demokratları silkələyən şiddətli qıcolmalar fonunda, əslində, mülayim dissident rolunda çıxış edir. Qoddard sadə bir fikri ifadə edir: hərbi vəziyyət gec-tez bitəcək, axı! Və kimsə məhz bu barədə düşünməli olacaq – sonda, dünyanın quruluşu, görəsən, necə olacaq?
Xeyr, o, sanksiyalar müharibəsinin bitməli olduğunu birbaşa demir. Bu sözləri oralarda artıq heç kim demir. Lakin əgər müxtəlif ticarət rejimləri və digər fərqli qaydaları olan iki dünyanın zorla uyğunlaşdırılması mümkün deyilsə, sanksiyaların (Çin və Rusiyaya qarşı minlərlə sanksiyalar var) nə mənası var? Steysi Goddard isə deyir: Bəli, elə həmin Çin Ümumdünya Ticarət Təşkilatı və ya BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq qurumlarda nüfuzunu gücləndirərək orada özünü əla hiss edir.
Lakin bu qurumlar yenə də sındırılmamalı, qorunmalıdır. Sabahın dünyasının düzgün konturları uğrunda mübarizə səngiməyəcək - amma bəzi neytral zonalar olmalıdır ki, onlar üzərində müxtəlif böyük dövlətlər nəyisə razılaşdırsınlar. Yəni, məna etibarı ilə, Qərb dünyası mövcud olmayacaq və onun qorunub saxlanması və möhkəmləndirilməsi ilə bağlı hazırkı isterikaya son qoyulması lazım gələcək.
Çin və Rusiya, aydındır ki, bu müzakirəni maraqla müşahidə edirlər. Hisslərin daim qalib gəlməsinə baxmayaraq, ikimiz də Voldemortu məhv etmək istəyirik. Amma bu, ancaq nağıllarda olur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0