Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Yayımçılara ciddi xəbərdarlıq edilib

© Sputnik / Elvin AhmadTelevizor pultu
Televizor pultu - Sputnik Azərbaycan, 1920, 15.04.2022
Abunə olmaq
Audiovizual Şurası proqramlarda iştirakçılar arasında fiziki toqquşma və təhqirlər təkrarlanarsa, telekanalların cərimələnəcəyini bildirib.
BAKI, 15 aprel — Sputnik. Azərbaycan Respublikası Audiovizual Şurası televiziya yayımçılarına xəbərdarlıq edib. Bu barədə Şuradan məlumat verilib.
Bildirilib ki, aprel ayının əvvəlindən televiziya yayımçılarının proqramlarının Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən həyata keçirilən monitorinqləri zamanı canlı yayımlanan bəzi proqramlarda qonaqlar, iştirakçılar, ekspert qismində iştirak edən şəxslər arasında baş verən fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları qeydə alınıb:
"Həmin proqramlarda belə situasiyalar əvvəllər nadir hallarda baş verirdi və Şuranın yayımçılara etdiyi xəbərdarlıqların nəticəsində bu hallar sistematik xarakter almırdı. Lakin son günlər ümumölkə televiziya kanallarının efirlərində canlı yayımlanan proqramlar göstərir ki, belə pozuntuların intensivləşməsi və sistematik hala çevrilməsi baş verir".
Azərbaycan Respublikası Audiovizual Şurası yayımçıların diqqətinə çatdırır ki, proqramlarda şəxslər arasında fiziki toqquşma və davaların, o cümlədən qarşılıqlı təhqirlərin efirə getməsi halları bir daha təkrarlanarsa onlara qarşı xəbərdarlıq olunmadan inzibati sanksiyalar tətbiq olunacaq.
Qeyd edək ki, Xəzər TV də yayımlanan "Təsir Dairəsi" verilişinin son buraxılışında gəlininə şər atan Hafiz adlı kişinin yalanı üzə çıxarılıb.
Bundan sonra həm qonaqlar, həm də aparıcı Lalə Azərtaş ondan gəlinindən üzr istəməsini tələb edib.Bundan sonra, studiyada bir gənc Hafizin gəlininin qarşısında diz çökməsi və əfv diləməsi üçün ona zor tətbiq edib. Həmin dəqiqələrdə efirdə gərginlik artıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0