CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərişıq" Qarabağda nə qədər abunəçiyə işıq verir?

© Sputnik / Rahim Muradovİşıq dirəyi, arxiv şəkli
İşıq dirəyi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 14.04.2022
Abunə olmaq
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib ki, işğaldan azad edilmiş bütün rayon mərkəzlərində xüsusi dövlət əhəmiyyətli obyektlərə işıq verilir.
BAKI, 14 aprel - Sputnik. İşğaldan azad edilmiş ərazilərdə "Azərişıq" ASC-nin 600-dən çox abunəçisi var.
Bunu səhmdar cəmiyyətin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu bildirib.
"Bu say getdikcə artır. Təkcə Şuşa şəhərində isə 250-dən çox abunəçi qeydiyyatdan keçib. Söhbət həm əhali, həm də qeyri-əhali abunəçilərdən gedir", - deyə o, qeyd edib.
"Azərişıq" rəsmisinin sözlərinə görə, Şuşa da daxil olmaqla Qarabağda şirkətlər fəaliyyət göstərir. Onların işini asanlaşdırmaq üçün daim yeni enerji mənbələri yaradılır, xətlər yenilənir.
"Hazırda bizim Kəlbəcərdə və Laçın dəhlizində işlərimiz gedir. Laçında müvafiq qurumların binalarını, hərbi hissələri elektrik enerjisi ilə təmin etmək üçün işlər aparırıq. Eyni zamanda Zəngilanda tikilən hava limanını, rayonun Ağalı kəndini elektrik enerjisi ilə təmin etmək üçün işlərimiz gedir. Hardrutda və Füzulidə yeni yarımstansiyamız tikilir. İşğaldan azad edilmiş bütün rayon mərkəzlərində xüsusi dövlət əhəmiyyətli obyektlər bu gün Aəzrbaycan işığı ilə təmin olunur" - deyə V.Aydınoğlu əlavə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
Xəbər lenti
0