CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı ilə Berlin arasında uçuşlar bərpa edilir

© AP Photo / Markus SchreiberBerlin
Berlin  - Sputnik Azərbaycan, 1920, 13.04.2022
Abunə olmaq
Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həftədə 2 dəfə - çərşənbə axşamı və bazar günləri aviaşirkət tərəfindən həyata keçiriləcək.
BAKI, 13 aprel — Sputnik. "Azərbaycan Hava Yolları" aviaşirkəti 29 may tarixindən etibarən Bakı ilə Berlin arasında uçuşların yerinə yetirilməsini bərpa edir.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən verilən məlumata görə, Bakı-Berlin-Bakı marşrutu üzrə xüsusi reyslər həftədə 2 dəfə - çərşənbə axşamı və bazar günləri aviaşirkət tərəfindən həyata keçiriləcək.
Aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin, aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkün olacaq.
Sözügedən reyslərə yalnız qeyd olunan daşınma şərtlərinə cavab verən və COVID-19 pandemiyası səbəbindən tətbiq edilən məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.
Almaniyaya səfər etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkə ərazisinə giriş zamanı tətbiq olunan qayda və məhdudiyyətlərlə tanış olmaları tövsiyə olunur. Müvafiq məlumat aviaşirkətin saytında dərc olunub: https://www.azal.az/az/information/covid-germany.
Azərbaycana giriş qaydaları haqqında məlumatla burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-azerbaijan.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0