Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Minsk Qrupunun danışıqlardakı taleyi sual altındadır - Lavrov

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian Federation / Mediabanka keçidRusiya XİN rəhbəri Sergey Lavrov
Rusiya XİN rəhbəri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 08.04.2022
Abunə olmaq
Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib ki, ABŞ və Fransa təkcə bu münaqişə deyil, həm də digər yerlərdəki münaqişələrdə də rusofob siyasətlərinə əsir olurlar.
BAKI, 8 aprel — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qarabağ nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin "üçlüyünün" gələcək taleyinin necə olacağını bilmədiyini deyib. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya XİN rəhbəri bu qeyri-müəyyənliyin səbəbini ABŞ və Fransanın mövqeyi ilə əlaqələndirib.
"Minsk Qrupundakı fransız və amerikalı həmkarlarımız (qondarma) rusofob çılğınlıqla, Rusiya ilə bağlı hər şeyi ləğv etməklə bizimlə bu formatda əlaqə saxlamayacaqlarını bildirdilər. Əgər onlar Qarabağda və bütövlükdə Cənubi Qafqazda maraqlarını qurban verməyə hazırdırlarsa, bu, onların seçimidir", - nazir bildirib.
Lavrov vurğulayıb ki, ABŞ və Fransa təkcə bu münaqişə deyil, həm də digər yerlərdəki münaqişələrdə də rusofob siyasətlərinə əsir olurlar, öz birtərəfli iradəsini diktə etmək üçün hamını bütün formatlarda qarşılıqlı əlaqəni dayandırmağa məcbur edirlər.
"Biz Qarabağda vəziyyətin nizamlanmasına və Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında üçtərəfli formatda əldə edilmiş bütün razılaşmaların həyata keçirilməsinə sadiqik. Bu, bizim seçimimiz deyil. Və əgər Fransa və ABŞ qərar veriblərsə, Allah onları mühakimə edəcək", - Rusiya XİN rəhbəri əlavə edib.
O vurğulayıb ki, Rusiya bu cür yanaşmanı məsuliyyətsiz hesab edir, lakin bu, Moskvanı narahat etməyəcək.
Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin himayəsi altında Qarabağ nizamlanması üzrə danışıqların bərpasının tərəfdarı olduğunu açıqlayıb.
Üçtərəfli bəyanat
Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, Kəlbəcər rayonu noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu), Laçın rayonu isə dekabrın 1-də Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır.
Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir.
Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0