CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladlığa verilən uşaqların sayı açıqlandı

© AFP 2023 / ERIC CABANISUşaqlar, arxiv şəkli
Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.04.2022
Abunə olmaq
Son üç il ərzində övladlığa verilən uşaqların sayı iki yüzü keçib. Onların əksəriyyəti oğlandır.
BAKI, 8 aprel — Sputnik. Bu il aprelin 1-nə kimi Azərbaycanda 54 uşaq övladlığa verilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədrinin müavini Faiq Ağayev "Sosial saat"da deyib. Onun sözlərinə görə, 2019-cu ildən bu günə qədər isə 202 uşaq övladlığa verilib ki, onlardan da 104 nəfəri oğlan, 98-i qızdır.
Xatırladaq ki, Sosial Xidmətlər Agentliyi ötən il ərzində 58-i qız, 56-ı oğlan olmaqla 114 uşaq övladlığa verib. Övladlığa götürülmüş uşağın 18 yaşına çatanadək övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə ailədəki vəziyyəti, əqli, fiziki, psixoloji inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə monitorinqlər aparılır. Bildirilib ki, ötən il reinteqrasiya tədbirləri də davam etdirilib və nəticədə son bir ildə 89 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışına nail olunub.
Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub. Həmin vaxtdan ümumilikdə 73-ü oğlan, 74-ü qız olmaqla 147 uşaq övladlığa verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Uşaq  - Sputnik Azərbaycan, 1920, 02.04.2022
CƏMİYYƏT
Yüzdən artıq uşaq övladlığa verilib
Xəbər lenti
0