Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

İyul ayında bütün dünyanın diqqəti Bakıda olacaq

Konsert - Sputnik Azərbaycan, 1920, 07.04.2022
Abunə olmaq
Musiqi həvəskarları iyunun sonlarında Azərbaycanın paytaxtında keçiriləcək tədbirdən həzz ala biləcəklər.
BAKI, 7 aprel — Sputnik. İyulun 25-dən 29-dək Bakıda "Sea Breeze Summer Fest" beynəlxalq musiqi festivalı keçiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, tamaşaçılar beş gün ərzində genişmiqyaslı musiqi proqramı, 150-dən çox artist, orijinal musiqi nömrələri və parlaq şou gözləyir.
Gecədə Azərbaycanın Xalq artisti, müğənni və bəstəkar Emin Ağalarov (EMİN), Basta, Jah Khalib, Zivert, HammAli & Navai, Jony, Morandi, Artik & Asti, Niletto, Klava Koka, Mari Kraymberi, Mot kimi tanınmış sənətçilərin solo çıxışları olacaq.
Qeyd edək ki, 25-29 iyul tarixlərində Bakıda keçirilməsi gözlənilən "Jara" beynəlxalq musiqi festivalının adı "Sea Breeze Summer Fest"ə dəyişdirilib. "Jara"ya alınmış biletlər "Sea Breeze Summer Fest"də də keçərli olacaq.
Məlumat üçün bildirək ki, "Jara" festivalı 2016-cı ildən etibarən Bakıda keçirilib. Lakin koronavirus pandemiyası səbəbindən sözügedən festival keçən il Moskvada təşkil olunub. Festivalın Azərbaycanın Xalq artisti Emin Ağalarov tərəfindən əsası qoyulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Открытие 5-го международного музыкального фестиваля Жара - Sputnik Azərbaycan, 1920, 25.06.2021
RUSİYA
Rusiya ulduzları "Jara" festivalının səhnəsində bərq vururlar
Xəbər lenti
0