Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Putin 121-ci aviasiya alayını təbrik edib

© Sputnik / Андрей Горшков / Mediabanka keçidVladimir Putin
Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 07.04.2022
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin 121-ci ağır bombardmançı aviasiya alayına kütləvi qəhrəmanlıq və şücaətə görə "Qvardiya" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
BAKI, 7 aprel — Sputnik. Rusiya prezidenti Vladimir Putin 121-ci Ağır Bombardmançı Aviasiya Alayına "Qvardiya" fəxri adının verilməsi və alayın hərbi qulluqçularını cəsarəti, qətiyyəti və mətanəti münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Kremlin saytında müvafiq teleqram dərc olunub.
Bundan əvvəl Putin 121-ci ağır bombardmançı aviasiya alayına kütləvi qəhrəmanlıq və şücaətə görə "Qvardiya" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Təbrik teleqramında dövlət başçısı bildirib ki, “bu, Vətənin müdafiəsi, ölkəmizin suverenliyinin və milli maraqlarının qorunmasında göstərdiyiniz xüsusi xidmətlərin, qəhrəmanlıq və şücaətinizin yüksək şərəf və tanınmasıdır”.
Dövlətimizin başçısı qvardiyanın əsgər və zabitlərinin bundan sonra da anda sadiq qalacaqlarına, Vətənə şərəflə, ürəkdən xidmət edəcəklərinə, rusların təhlükəsizliyini və dinc həyatını etibarlı şəkildə qoruyacaqlarına əmin olduğunu bildirib.
Prezident hərbçilərə cansağlığı və yeni uğurlar arzulayıb.
Qeyd edək ki, alayın tərkibinə Tu-160 və Tu-95MS strateji bombardmançıları daxildir. Bu təyyarələr Suriyada terrorçuların hədəflərinə zərbələr endirmək üçün istifadə edilib.
Tu-160 və Tu-95MS-dən Ukrayna infrastrukturuna zərbələr endirmək üçün istifadə olunması ilə bağlı məlumat verilməyib. Bununla belə, Rusiya Federasiyasının Müdafiə Nazirliyi öz brifinqlərində dəfələrlə Ukrayna hədəflərinin havadan buraxılan qanadlı raketlərlə məhv edildiyini qeyd edib.
Bu gün Rusiya Aerokosmik Qüvvələrində qanadlı raketlərin əsas daşıyıcıları yalnız Tu-160 və Tu-95MS-dir.
Martın sonunda Prezident Putin Qara Dəniz Donanmasının 26-cı Əlahiddə Sahil Müdafiəsi Briqadasına və Sakit Okean Donanmasının 155-ci Əlahiddə Dəniz Briqadasına da qəhrəmanlıq və şücaətə görə "Qvardiya" fəqri adı ilə təltif edib.
Ukraynada nə baş verir
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbassda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
V.Putin vurğulayıb ki, Rusiya Silahlı Qüvvələrinin dəstəyi ilə "DXR" və "LXR" qrupları hücumu inkişaf etdirir, lakin Ukraynanın işğalından söhbət getmir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Rusiya XİN rəhbəri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 07.04.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Lavrov Rusiya üçün nəyin qəbuledilməz olduğunu açıqladı
Xəbər lenti
0