Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda bir əsrdən çox yaşı olan qəbiristanlığa yiyə duran yoxdur - Reportaj

© Sputnik / Zulfiyya Guluyeva8-ci kilometr qəbiristanlığı
8-ci kilometr qəbiristanlığı - Sputnik Azərbaycan, 1920, 07.04.2022
Abunə olmaq
Fəhlələr bildirdilər ki, onlara hansı ölünün sahibi pul verirsə, onlar onun məzarının ətrafını təmizləyirlər.
BAKI, 7 aprel — Sputnik. "Nümunəvi qəbiristanlıqların bələdiyyələrə verilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Lakin onlar bələdiyyələrə verilməyib". Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov parlamentin dünən keçirilən iclasında deyib.
Onun sözlərinə görə, əgər həmin qəbiristanlıqlar bələdiyyələrə verilərsə, Azərbaycanda nümunəvi qəbiristanlıqlar yaradıla bilər.
© Sputnik / Zulfiyya Guluyeva8-ci kilometr qəbiristanlığı
8-ci kilometr qəbiristanlığı - Sputnik Azərbaycan, 1920, 06.04.2022
8-ci kilometr qəbiristanlığı
Sputnik Azərbaycan indiyədək hansı qəbiristanlıqların bələdiyyələrə verildiyini, bu prosesin gecikməsinin səbəbini araşdırıb.
Bələdiyyələr bir neçə qəbiristanlığı təhvil götürmək istəmir?
Bakı Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin (BƏVXT) baş mühəndisi Sabir Həsənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qurumun nəzdində olan məzarlıqların mütləq əksəriyyəti artıq bələdiyyələrə verilib. Onun sözlərinə görə, bir neçə qəbiristanlıq qalıb ki, onları da bələdiyyələr təhvil götürmür:
"Deyirlər ki, qəbiristanlıqların bələdiyyələrə verilməsi ləngiyir. Amma heç kəs bunun səbəbini soruşmur. Paytaxtdakı 100-ə yaxın qəbiristanlıqdan 31-i bizim quruma tabe idi. Onlardan bir neçə qəbiristanlıq qalıb ki, bələdiyyələrə təhvil verə bilmirik. Bura Buzovna, 7-ci və 8-ci kilometr qəbiristanlıqları daxildir. Biz həmin qəbiristanlıqları Nizami Rayon Bələdiyyəsinə təhvil verməliyik. Di gəl ki, bələdiyyə qəbiristanlığı bizdən təhvil almır".
Abbas, [06.04.2022 14:41]
S.Həsənovun sözlərinə görə, bələdiyyələrin həmin məzarlıqları təhvil götürməməsinin səbəbi adları çəkilən məzarlıqlarda boş yerin qalmamasıdır:
"Bəzisi deyir ki, qəbiristanlıq bizim əraziyə düşmür, digəri də qəbiristanlığı bizim qurumun məzarlıq ərazilərindəki istehsalat sexləri ilə birgə istəyir. İddia edirlər ki, sexləri də onlara verək. Həmin sexləri isə biz bələdiyyələrə verə bilmərik. Onlar bizim əmlakımızdır".
Baş mühəndis bildirir ki, məhz bu səbəblərdən də bir neçə qəbiristanlığın təhvil verilməsi ləngiyir.
Bir əsrdən çox yaşı olan məzarlıqda
Sputnik Azərbaycan bələdiyyələrin sahib çıxmaq istəmədikləri qəbiristanlıqlardan birində, "8-ci kilometr" məzarlığında olub. Qəbiristanlığın adının çəkilməsini istəməyən direktoru Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məzarlığın 1 əsrdən çox yaşı var. Onun sözlərinə görə, Nizami rayonu Mikayıl Əliyev küçəsində yerləşən bu məzarlıqda artıq boş yer də qalmayıb:
"Əslində biz çoxdan bu qəbiristanlığı bələdiyyəyə təhvil verməliydik. Amma Nizami rayon bələdiyyəsi bu məzarlığa yaxın durmaq istəmir. Çünki burada boş torpaq belə qalmayıb".
Boş qəbir yerləri qalmayıb
Məzarlıqda olarkən ərazidə hasara alınmış boş məzar yerlərinin olduğunun şahidi olduq. Həmsöhbətimiz bildirdi ki, hasarlanmış qəbir yerlərinin hamısının sahibi var. Onlar yaxınları dünyasını dəyişdikcə gətirib onları bu yerlərdə dəfn edirlər:
"Amma kimsə kənardan gəlib burada ölüsünü dəfn etməyə boş torpaq axtarsa, tapmayacaq. Çünki hamı bir neçə kvadrat metr torpaq sahəsi alaraq gələcəkdə öz doğmalarının dəfni üçün saxlayıb".
© Sputnik / Zulfiyya Guluyeva8-ci kilometr qəbiristanlığı
8-ci kilometr qəbiristanlığı - Sputnik Azərbaycan, 1920, 06.04.2022
8-ci kilometr qəbiristanlığı
Müsəlmanlarla xristianların birlikdə dəfn edildiyi məzarlıq
Böyük ərazidə yerləşən, müsəlmanlarla xristianların eyni yerdə dəfn edildiyi bu qəbiristanlıqda yeni məzar yeri satılmasa da, ərazidə yerləşən istehsalat sexində çalışan fəhlələr dəfn üçün məzar yeri qazaraq dəfn xidmətləri göstərirlər.
Burada olarkən onu da öyrəndik ki, artıq bələdiyyələrə təhvil verilmiş məzarlıqlarda dəfn yerinin qazılması 600 manatdırsa, heç kəsin sahib çıxmadığı bu qəbiristanlıqda bu xidmət xeyli ucuz - 250 manatdır. Ərazidə olarkən məzarlığın baxımsız olduğunun da şahidi olduq. Fəhlələr bildirdilər ki, onlara hansı ölünün sahibi pul verirsə, onlar onun məzarının ətrafını təmizləyirlər.
Məzarlıq baxımsız qalıb
Qəbiristanlıq səliqə-sahmandan isə söhbət gedə bilməzdi. Qəbiristanlıq sanki bir labirintə bənzəyirdi. Elə bu səbəbdən də M.Əliyev küçəsi boyu məzarlığa çoxsaylı giriş qapıları qoyulmuşdu. Qəbir yerlərinin xaotik satıldığı bu məzarlıqda hər küncdə qurumuş ağac qalaqlarına rast gəlmək mümkün idi. Qəbiristanlığın əsas girişində isə məzar daşları istehsal edən sex fəaliyyət göstərirdi. Məzarlığın direktoru həmin sexin qəbiristanlıq ərazisinə aidiyyətinin olmadığını bildirdi.
© Sputnik / Zulfiyya Guluyeva8-ci kilometr qəbiristanlığı
8-ci kilometr qəbiristanlığı - Sputnik Azərbaycan, 1920, 06.04.2022
8-ci kilometr qəbiristanlığı
"Beynəlmiləl məzarlığı təhvil götürə bilmərik"
Nizami Rayon Bələdiyyəsindən qəbiristanlığının Sputnik Azərbaycan-a "8-ci kilometr" qəbiristanlığının onların ərazisinə düşdüyünü təsdiqlədilər. Amma bələdiyyədən bildirdilər ki, məzarlıq beynəlmiləl olduğundan qapalı məzarlıq sayılır. Ona görə də həmin məzarlığı təhvil götürə bilməzlər.
Buzovna bələdiyyəsindən qəsəbə məzarlığının onlara aidiyyəti olmadığını bildirdilər. Ümumi şöbənin əməkdaşı Sputnik Azərbaycan-a bələdiyyə sədrinin iş yerində olmadığını bildirirək məsələni heç cür şərh etmədi.
© Sputnik / Zulfiyya Guluyeva8-ci kilometr qəbiristanlığı
8-ci kilometr qəbiristanlığı - Sputnik Azərbaycan, 1920, 06.04.2022
8-ci kilometr qəbiristanlığı
Keşlə qəsəbə bələdiyyəsindən isə məzarlığın onların ərazisinə düşmədiyini bildiriblər.
3 aya görülməli iş beş ildir ləngiyir
Qeyd edək ki, Nazirlər Kabineti (NK) tərəfindən 2018-ci ilin dekabr ayında "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na dəyişiklik edilib. Qəbiristanlıqların 3 aya bələdiyyələrə verilməsi barədə qərar qəbul edilsə də, bu günə qədər bu qərar tam icra olunmayıb.
© Sputnik / Zulfiyya Guluyeva8-ci kilometr qəbiristanlığı
8-ci kilometr qəbiristanlığı - Sputnik Azərbaycan, 1920, 06.04.2022
8-ci kilometr qəbiristanlığı
Qəbiristanlıqlarla bağlı qaydalar
Məlumat üçün bildirək ki, Azərbaycanda "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı ilə qəbir yerlərinin əvvəlcədən rezervasiya edilməsinə yol verilmir. Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin həyat yoldaşının yazılı müraciəti əsasında yol verilir.
Bu qaydaların 18.2-ci bəndinə uyğun olaraq qəbir yerini rezervasiya etmiş ər, yaxud arvad sağlığında rezervasiya olunmuş qəbir yerində basdırılmaq arzusunu dəyişdikdə və yaxud onlar vəfat etdikdən sonra qohumları, qanuni nümayəndələri və ya dəfni ilə bağlı xərcləri çəkən digər şəxslər onları başqa qəbir yerində basdırdıqda, bu barədə qəbiristanlığın müdiriyyətini yazılı surətdə məlumatlandırmalıdırlar. Bu qaydaların 18.2-ci bəndinə uyğun olaraq qəbir yerini rezervasiya etmiş şəxsin başqa qəbir yerində basdırılması barədə dəfnlərin vahid dövlət reyestrinə məlumat daxil olduqda, Ədliyyə Nazirliyi qəbiristanlığın müdiriyyətinə bu barədə beş gün müddətində məlumat göndərməlidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Город-призрак Агдам - Sputnik Azərbaycan, 1920, 21.11.2020
QARABAĞ
Ermənistan Ağdamın tarixi abidələrindən də "qisas" alıb
Xəbər lenti
0