Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qubada baş vermiş torpaq sürüşməsi evlərə təhlükə yaradır? Rəsmilər məsələni araşdırır

© Sputnik / Rahim MuradovTorpaq sürüşməsi, arxiv şəkli
Torpaq sürüşməsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.04.2022
Abunə olmaq
Qubanın dağlıq Küsnət Qazma kəndində torpaq sürüşməsi qeydə alınıb. Kəndin "Minarə məhləsi" adlanan ərazisində, yaşayış evlərindən 250 metr aralıda başlayan sürüşmə 1 hektar sahəni əhatə edir.
BAKI, 4 aprel — Sputnik. Quba rayonunda qeydə alınan torpaq sürüşməsi yaşayış evləri üçün təhlükə yaratmır. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev söyləyib. O bildirib ki, rayonun Küsnətqazma kəndinə yaxın ərazidə ötən il də sürüşmə hadisəsi baş verib:
"Həmin ərazidə ötən il də sürüşmə baş vermişdi. Sürüşmə sahəsi ilə kəndin arasında 250 metr məsafə var. Evlərə o qədər də yaxın ərazidə deyil. Sürüşmə ciddi təhlükə doğuran fazada deyil. Stabilləşmiş faza hesab olunur. Ona görə də biz həmin ərazidə sürüşməni aktiv hesab etmirik".
Ə.Əliyev onu da bildirib ki, rayonun Küsnətqazma kəndinə yaxın ərazidə qeydə alınan hadisə sürüşmədən çox sürüşmə- çökmə prosesi hesab olunur: "Ərazi kolluq və tək-tək ağaclardan ibarətdir. Sürüşmə olan ərazi nəzarətdədir. Geoloji baxımdan da qiymətləndirilib. Daha çox təbii geoloji prosesdir. Orada texnogen proses yoxdur".
Qeyd edək ki, Quba rayonunda torpaq sürüşməsi baş verib. Hadisə rayonun Küsnətqazma kəndində qeydə alınıb. Ötən gün səhər saatlarında başlayan torpaq sürüşməsini yaxınlıqda yaşayan kənd sakinləri müşahidə ediblər və aidiyyəti qurumlara məlumat verilib. Quba Rayon İcra Hakimiyyətindən (RİH) verilən məlumata görə, icra başçısı Ziyəddin Əliyev müvafiq qurumların əməkdaşları ilə hadisə yerinə baxış keçirib. Torpaq sürüşməsi 1 hektar ərazisini əhatə edir və sürüşmənin aktivliyi azalıb. Kəndin üst hissəsində baş verən torpaq sürüşməsinin eni 50, uzunluğu isə 200-250 metrə çatır. Sürüşmə zonası evlərdən 300 metr aralıda yerləşir.
***
Qubanın dağlıq Küsnət Qazma kəndində torpaq sürüşməsi qeydə alınıb.
Kəndin "Minarə məhləsi" adlanan ərazisində, yaşayış evlərindən 250 metr aralıda başlayan sürüşmə 1 hektar sahəni əhatə edir.
Qəçrəş kənd bələdiyyəsinin sədri Vüqar Kərimovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, sürüşmə ötən gün səhər saatlarında qeydə alınıb. Bu gün isə aktivlik müşahidə edilmir:
"Sürüşmə dünən səhər saat 10 radələrində baş verib. Bu ərazidə əvvələr də sürüşmə olub. Bir müddət idi ki, sürüşmürdü. Xoşbəxtlik ondadır ki, sürüşmə zonası kəndin yaşayış hissəsindən uzaqda, meşə massivindədir. Yəni insanlar, yaşayış məskənləri üçün təhlükə sıfıra bərabərdir. Buna baxmayaraq, biz sürüşmənin qarşısını almaq üçün bütün aidiyyəti qurumlara məlumat vermişik. Onlar hadisə yerinə cəlb ediliblər. Hətta dünən gecə saatlarında FHN əməkdaşları ilə birlikdə yenidən aktivliyin olub-olmadığını bilmək üçün əraziyə baxış keçirdik. Şükürlər olsun, aktivlik yoxdur".
Vüqar Kərimovun onu da qeyd edib ki, sürüşməyə səbəb bu il yazda qarın yağması və yağış sularının çoxluğu ola bilər.
Bu gün səhər 08:30 - da Quba İH başçısı Ziyəddin Əliyev də əraziyə gəlib, sürüşmə baş verən yerlə bağlı müvafiq tapşırıqlarını verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0