CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Partlayışda xəsarət alan əcnəbinin vəziyyəti ağırdır - Rəsmi

© Sputnik / Kirill Braga / Mediabanka keçidXəstəxana, arxiv şəkli
Xəstəxana, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.04.2022
Abunə olmaq
Faktla bağlı prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılmış, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
BAKI, 4 aprel — Sputnik. Gecə klubunda xəsarət alan Seneqal vətəndaşının vəziyyəti ağırdır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov bildirib:
"Müəssisəmizə daxil olan bir xəstə əməliyyata cəlb olunub. Onun yanıqla yanaşı, müştərək travmaları da var idi".
Gecə klubunda baş vermiş partlayış nəticəsində xəsarət alanların səhhəti ilə bağlı ətraflı məlumat verən direktor bildirib ki, hadisədən sonra Nərimanov Tibb Mərkəzinə 14 nəfər gətirilib: "Onlar əsasən 2 və 3-cü dərəcəli yanıq xəsarəti alan və bəzilərində müştərək travmalar olan şəxslər idi. Onlar stasionar müalicəyə götürülüb. Artıq 5 nəfər ambulator müalicəsini davam etdirmək üçün evə yola salınıb. Hazırda xəstəxanamızda 10 nəfərin müalicəsi davam edir. Onlardan 7 nəfər reanimasiya şöbəsindədir, 3-nün vəziyyəti kritik-ağırdır".
Direktor qeyd edib ki, reanimasiyada olanlardan biri də Seneqal vətəndaşıdır:
"Digər iki nəfər hazırda palataya yerləşdirilib. Vəziyyətləri orta-ağırdır. Bir nəfərin isə vəziyyəti ortadır. Reanimasiyada 3 kritik xəstədən başqa 4 xəstə də var ki, onların da vəziyyəti ağırdır. Lakin kritik olaraq qiymətləndirilmir. Müəssisəmizə daxil olan bir xəstə əməliyyata cəlb olunub. Onun yanıqla yanaşı, müştərək travmaları da var idi".
Xatırladaq ki, hadisə aprelin 3-də gecə saatlarında baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılmış, istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə olunub.
Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Gecə klubu - Sputnik Azərbaycan, 1920, 04.04.2022
PAYTAXT XƏBƏRLƏRİ
Gecə klubunda partlayışla bağlı 3 nəfər həbs olundu
Xəbər lenti
0