CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Göyçayda 12 minə yaxın abonent iki gün susuz qalıb

© Sputnik / Emin AlisahibErmənlərin Ağdamda dağıtdığı su quyuları bərpa olunur
Ermənlərin Ağdamda dağıtdığı su quyuları bərpa olunur - Sputnik Azərbaycan, 1920, 02.04.2022
Abunə olmaq
İki gün ərzində su anbarınının bölgü idarəetmə sistemində aparılan təmir-bərpa işləri başa çatdırılıb
BAKI, 2 aprel - Sputnik. Göyçay şəhər əhalisinə verilən içməli su tamamilə kəsilib.
APA-nın xəbərinə görə, aprelin 1-də səhər saat 9:00 radələrində Göyçay şəhərinin bütün ərazisinə içməli suyun verilişi dayanıb, ümumilildə 11 600 abonent susuz qalıb.
Məsələ ilə bağlı "Azərsu" ASC-nin Göyçay rayon Su-Kanal İdarəsindən bildirilib ki, yaz-yay fəslində əhalinin içməli suya olan tələbatının artmasını nəzərə alaraq və abonentlərin su ilə təminatında fasilələrinin yaranmaması üçün qabaqlayıcı tədbirlərə başlanılıb. Bu məqsədlə aprelin 1-2-də Göyçay şəhərinin şimalında, Nizami küçəsində yerləşən 4 min kub su tutumu olan anbarın bölgü idarəetmə sistemində təmir işləri aparılıb. İkinci rezerv (köməkçi) su xəttinin qoşulması üçün aparılan təmir işləri ilə əlaqədar 1 aprel səhər saat 9:00-dan 2 aprel saat 19:00-dək şəhərin bütün əhalisinə içməli suyun verilişi dayandırılıb. Suyun verilişində yaranan çətinliyə görə rayon su idarəsi tərəfindən bir gün öncə, martın 31-də əhaliyə su ehtiyatının götürülməsi ilə bağlı müraciət olunub.
İki gün ərzində su anbarınının bölgü idarəetmə sistemində aparılan təmir-bərpa işləri başa çatdırılıb, bu gün axşam saat 19:00 radələrində su anbarından Göyçay şəhərinə içməli suyun verilişinə başlanılıb. Hazırda 140 kilometr uzunluğu olan şəhər su xətti sisteminin su ilə doldurulması prosesi gedir. Bir az öncə şəhərin bəzi yerlərinə aşağı təzyiqlə su çatsa da, böyük hissəsinə içməli su gecə və səhər saatlarında çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Əllərini yuyan uşaq - Sputnik Azərbaycan, 1920, 11.02.2022
PAYTAXT XƏBƏRLƏRİ
Axşam bəzi yerlər susuz qalacaq
Xəbər lenti
0