Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti Mingəçevirdə torpağa tapşırılıb

© Sputnik / Rahim MammadovXalq artisti Zülfüqar Abbasovla vida mərasimi
Xalq artisti Zülfüqar Abbasovla vida mərasimi - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Abunə olmaq
Vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər.
BAKI, 1 aprel — Sputnik. Onun səhnəyə qoyduğu tamaşaların daha çox izləyiciləri Mingəçevir sakinləri olub. Uzun illər “Nur şəhəri”ndə fəaliyyət göstərən Dövlət Dram Teatrının bədii rəhbəri, baş rejissoru olub Zülfüqar Abbasov.
© Sputnik / Rahim MammadovXalq artisti Zülfüqar Abbasovla vida mərasimi
Xalq artisti Zülfüqar Abbasovla vida mərasimi - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Xalq artisti Zülfüqar Abbasovla vida mərasimi
Sputnik Azərbaycan xəbər verir ki, bu gün səhər saatlarında xalq artisti uzun sürən xəstəlikdən sonra vəfat edib. Onun ölüm xəbəri doğmaları ilə yanaşı şəhər sakinlərini də sarsıdıb.
Xalq artisti ilə vida mərasimi onun üçün doğma məkan olan Mingəçevir Dövlət Dram Teatrının binasında olub. Z.Abbasov son dəfə həm səhnə, həmdə tamaşaçılarla vidalaşıb. Vida mərasimində mərhumun yaxınları ilə bərabər sənət dostları da iştirak edib.
© Sputnik / Rahim MammadovXalq artisti Zülfüqar Abbasovla vida mərasimi
Xalq artisti Zülfüqar Abbasovla vida mərasimi - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Xalq artisti Zülfüqar Abbasovla vida mərasimi
Zülfüqar Abbasov 1940-cı il may ayının 3-də Gürcüstan SSR-nin Borçalı rayonunun Yuxarı Saral kəndində doğulub. 1962-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutununun Azərbaycan bölməsini və 1966-cı ildə Mədəniyyət və İncəsənət Universitetini bitirib.
Teatr institunda oxuduğu vaxt ona müəllimləri - böyük sənətkar Mehdi Məmmədov və Məlik Dadaşov sənətin sirlərini öyrədiblər.
© Sputnik / Rahim MammadovXalq artisti Zülfüqar Abbasovla vida mərasimi
Xalq artisti Zülfüqar Abbasovla vida mərasimi - Sputnik Azərbaycan, 1920, 01.04.2022
Xalq artisti Zülfüqar Abbasovla vida mərasimi
O, rejissor kimi əmək fəaliyyətinə İrəvan Dövlət Dram Teatrında başlayıb. Daha sonra Mingəçevir və Qazax Dövlət Dram Teatrında baş rejissor, direktor və bədii rəhbər kimi çalışıb.
Z.Abbasov daha çox Mingəçevir Dövlət Dram Teatrının çalışıb. Burada “Hacı Qara” (M.F. Axundzadə), “Eşq və intiqam” (S.S. Axundov), “Müfəttiş”, “Evlənmə” (N.Qoqol), “Əliqulu evlənir” əsərlərini tamaşaya qoyub.
Zülfüqar Abbasova 2000–ci ildə Azərbaycan Respublikasının xalq artisti adı verilib. 82 yaşında dünyasını dəyişən xalq artisti Mingəçevirdə dəfn edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0