CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Otuz ildir şəhid balasının nəşini gözləyən ana onun üçün qurban deyib

© Sputnik / Nigar Iskanderova1992-ci ilin 19 sentyabrında Fərrux yüksəkliyində şəhid olan və nəşi qaytarılmayan İlham Dadaşov və anası Elmira Dadaşova
1992-ci ilin 19 sentyabrında Fərrux yüksəkliyində şəhid olan və nəşi qaytarılmayan İlham Dadaşov və anası Elmira Dadaşova - Sputnik Azərbaycan, 1920, 31.03.2022
Abunə olmaq
Eksklüziv
"Allah erməninin evini yıxsın. İllərdir ki, 19 yaşında itirdiyim igid balamla bağlı xəbər gözləyirəm" - Ana fəryadı
BAKI, 31 mart — Sputnik. Elmira Dadaşovanın oğlu Dadaşov İlham Adil oğlu 1973-cü ilin iyununda doğulub, 1992-ci ilin sentyabrın 19-da isə şəhid olub:
"İlham mənim üçün digər 3 oğlumun hamısından fərqli idi. O 1990-cı ilin 20 Yanvar hadisələri zamanı 10-cu sinifdə oxuyurdu, Bakıda idi. Mən də oğluma görə Bakıya gəlmişdim. Üst-başı qan idi, gəlib gördüm ki, meyitləri morqlara daşıyır. Sonradan oğlum hərbi xidmətə Peterburqa getdi. SSRİ dağıldıqdan sonra ayrı-ayrı ölkələrdə hərbi xidmətdə olan digər əsgərlər kimi oğlum da vətəninə qayıtdı. O qayıdan vaxtda artıq Qarabağda müharibə gedirdi".
Ana deyir ki, Xocalı hadisəsi baş verəndə oğlu sakitlik, dinclik tapa bilməyib könüllü olaraq ərizə yazaraq döyüşlərə qatılıb:
"İyunun 18-də oğlum döyüşlərə girib, elə həmin ilin - 1992-ci ilin sentyabrın 19-də şəhid olub. Oğlum Fərrux yüksəkliyi uğrunda gedən döyüşlər zamanı ermənilər tərəfindən vurulub. Orada vurulan 4 nəfərin nəşi götürülə bilmədiyi üçün onlara itkin statusu verilib. O şəhid olan gündən nə qədər yollarda oldum, dedim ki, bəlkə dağdan şəhidlərin nəşi götürülə. Amma ermənilər buna imkan vermədilər. 1992-ci ildən 1998-ci ilədək elə "balam, canım" deyib haraylamışam. Aidiyyəti üzrə komitələrə müraciət etmişəm. Bərdə rayonunda kimsəsizlər qəbirisitanlığında adsız qəbirlər var idi. 1998-ci ildə müraciətim əsasında oğlumun cəsədini orada da tapa bilmədim. Bundan sonra elə, Allah deyib, durdum".
Ana bu illərdə özü üçün bir təsəlli yaradıb:
"Hökumətin mənə verdiyi 11 min qanpulu ilə yalançı məzarlıq düzəltdim və orada oğlumun fotosu və geyimini basdırdım. Məzar daşı düzəltdirdim, üzərinə şəklini həkk etdirdim. Bayramlarda, ad günləridə gedib onu ziyarət edib lal daşa baxıram, o lal daşla danışıram. Bu illərdə ancaq onunla təsəlli tapa bilmişəm".
Ana deyir ki, ümidini üzməyib, düşünüb ki, bəlkə Allahın ona rəhmi gələr:
"Qurban da dedim ki, heç olmasa balamın sümüklərini əldə edə bilim, gedib onu məzarlığında basdırım. Gör ana nə üçün sevinir, niyə qurban əhd edir? Allah erməninin evini yıxsın. İllərdir ki, 19 yaşında itirdiyim igid balamla bağlı xəbər gözləyirəm".
© Sputnik / Nigar Iskanderova1992-ci ilin 19 sentyabrında Fərrux yüksəkliyində şəhid olan və nəşi qaytarılmayan İlham Dadaşov hərbçi yoldaşları ilə
1992-ci ilin 18 sentyabrında Fərrux yüksəkliyində şəhid olan və nəşi qaytarılmayan İlham Dadaşov və anası Əzizə Dadaşova - Sputnik Azərbaycan, 1920, 31.03.2022
1992-ci ilin 19 sentyabrında Fərrux yüksəkliyində şəhid olan və nəşi qaytarılmayan İlham Dadaşov hərbçi yoldaşları ilə
Müzəffər Azərbaycan ordusu Fərrux yüksəkliyini aldıqdan sonra isə ananın ürəyində ümid yaranıb:
"Bu xəbəri eşidəndə desəm ki, sevindim, pis çıxar. Sadəcə ona görə sevinirəm ki, övladımdan dəqiq bir xəbər biləcəyəm. Amma çətindir, elə bilirəm ki, oğlumun şəhidlik xəbərini hələ indi eşidirəm. Otuz ildir ki, övlad yolu gözləyən ananın vəziyyətini gözünüzün önünə gətirin. Görün adam nə günlərə qalır".
"Sağ olsun Azərbaycan əsgərləri, onlar Fərrux yüksəkliyini alandan sonra içimdə böyük bir ümid yarandı. Sonradan xəbər aldım ki, orada üç nəfərə aid sümüklər aşkarlanıb, içimdə böyük ümid var ki, onlardan biri övladıma aiddir. Nəticələri gözləyirəm", - deyə ana əlavə edir.
Ana deyir ki, təxminən 6 il əvvəl ondan analiz götürülüb:
"Lakin hələlik ki, yenidən analiz götürülüb-götürülməyəcəyini bilmirəm. Mənə deyirlər ki, səbr et, gözlə. Gözləyirəm. Ekshumasiya ediləcəyi deyilir, bundan sonra mənə xəbər veriləcək. Hələlik ki, sümükləri Bakıya gətirməyiblər".
© Sputnik / Nigar Iskanderova1992-ci ilin 19 sentyabrında Fərrux yüksəkliyində şəhid olan və nəşi qaytarılmayan İlham Dadaşovun məzarı
1992-ci ilin 18 sentyabrında Fərrux yüksəkliyində şəhid olan və nəşi qaytarılmayan İlham Dadaşov və anası Əzizə Dadaşova - Sputnik Azərbaycan, 1920, 31.03.2022
1992-ci ilin 19 sentyabrında Fərrux yüksəkliyində şəhid olan və nəşi qaytarılmayan İlham Dadaşovun məzarı
Qeyd edək ki, ana Neftçala rayonu ərazisində oğlu üçün məzarlıq salaraq onun adını, əziz xatirəsini əbədiləşdirib.
İlham Dadaşovun şəhid olmasından 7 ay sonra atası iflic olub, 2000-ci ildə isə dünyasını dəyişib. Ana isə uzun illərdir ki, oğlundan bir xəbər gözləyir.
Xatırladaq ki, bir neçə gün əvvəl müzəffər Azərbaycan ordusu tərəfindən Xocalının Fərrux kəndi, Fərrux yüksəkiyi azad olunub. Bundan sonra isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Xocalı inzibati rayonunun Fərrux kəndi istiqamətində 1-ci Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısını açıqlayıb. Siyahının açıqlanması Fərrux kəndinin və ətraf yüksəkliklərin martın 24-də Azərbaycan ordusunun nəzarətinə keçməsindən sonra orada aparılan mühəndis-istehkam işləri zamanı insan qalıqlarının aşkar edilməsi ilə əlaqəlidir. Həmin qalıqların I Qarabağ müharibəsi zamanı Fərrux uğrunda gedən döyüşlərdə şəhid olan və meyitləri tapılmadığı üçün itkin düşmüş sayılan Azərbaycan hərbçilərinə aid olduqları ehtimal edilir.
© Sputnik / Nigar Iskanderova1992-ci ilin 19 sentyabrında Fərrux yüksəkliyində şəhid olan və nəşi qaytarılmayan İlham Dadaşov və anası Elmira Dadaşova
1992-ci ilin 18 sentyabrında Fərrux yüksəkliyində şəhid olan və nəşi qaytarılmayan İlham Dadaşov və anası Əzizə Dadaşova - Sputnik Azərbaycan, 1920, 31.03.2022
1992-ci ilin 19 sentyabrında Fərrux yüksəkliyində şəhid olan və nəşi qaytarılmayan İlham Dadaşov və anası Elmira Dadaşova
Dövlət Komissiyası bildirir ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş böyük zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə Birinci Qarabağ müharibəsində itkin düşmüş vətəndaşlarımıza aid məzar yerlərinin müəyyən edilməsi və ekshumaasiyası işləri davam etdirilir.
Bu istiqamətdə aparılmış növbəti tədbirlər zamanı, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb.
"Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcək",- komissiyadan verilən məlumatda bildirilib.
© Sputnik / Nigar Iskanderova1992-ci ilin 19 sentyabrında Fərrux yüksəkliyində şəhid olan və nəşi qaytarılmayan İlham Dadaşov
1992-ci ilin 18 sentyabrında Fərrux yüksəkliyində şəhid olan və nəşi qaytarılmayan İlham Dadaşov və anası Əzizə Dadaşova - Sputnik Azərbaycan, 1920, 31.03.2022
1992-ci ilin 19 sentyabrında Fərrux yüksəkliyində şəhid olan və nəşi qaytarılmayan İlham Dadaşov
Qeyd olunur ki, I Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.
"Fərrux yüksəkliyində və ətrafında kütləvi məzar yerlərinin olması ehtimalı nəzərə alınaraq, mütəxəssislərdən ibarət heyət tərəfindən ərazidə axtarış və müvafiq ekshumasiya tədbirlərinin aparılması planlaşdırılır. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə komissiyadan verilən məlumatda bildirilir.
Qeyd edək ki, I Qarabağ müharibəsində Fərrux yüksəkliyi uğrunda döyüşlərdə 62 nəfər Azərbaycan hərbçisi itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınıb. Eyni zamanda, Dövlət Komissiyasında toplanmış məlumatlara əsasən, Fərrux yüksəkliyinin yaxınlığında yerləşən, Xocalı rayonu, Pirlər kəndində 46 nəfər, Ağdam rayonu, Əliağalı kəndində 11 nəfər Azərbaycan hərbçisi itkin düşüb.
Xatırladaq ki, martın 27-də Fərrux kəndi ermənilərdən geri alınıb, 28 mart 2022-ci il tarixdə Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyində bir neçə insana aid naməlum meyit qalıqları aşkarlanıb. Adı çəkilən yüksəklik uğrunda Birinci Qarabağ müharibəsi zamanı ağır döyüşlərin getdiyini və Ermənistan silahlı birləşmələri tərəfindən işğal edildiyini nəzərə alaraq, tapılan meyit qalıqlarının şəhid olmuş Azərbaycan hərbçilərinə aid olduğu ehtimal edilir. Tapılmış meyit qalıqları ərazidən götürülərək müvafiq ekspertizanın aparılması üçün aidiyyəti üzrə təhvil veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
hərbçi - Sputnik Azərbaycan, 1920, 31.03.2022
QARABAĞ
Fərrux yüksəkliyində itkin düşmüş hərbçilərimizin adları açıqlandı - SİYAHI
Xəbər lenti
0