CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dənizçilərin sənədlərinin etibarlılıq müddəti uzadılıb - DETALLAR

© Photo : Azerbaijan Caspian Shipping Company (ASCO)asco
asco - Sputnik Azərbaycan, 1920, 30.03.2022
Abunə olmaq
Məsələ ilə bağlı Beynəlxalq Dəniz Təşkilatına, dövlət liman nəzarətini və dövlət bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə bildiriş göndərilib
BAKI, 30 mart — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi koronavirus (COVID-19) pandemiyasının davam etdiyi şəraitdə Azərbaycan dənizçilərinin rahatlığının və fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi məqsədilə onların şəxsiyyət sənədlərinin və sertifikatlarının (diplomların) etibarlılıq müddətinin 30 iyun 2022-ci il tarixinə qədər uzadılması barədə qərar qəbul edib.
Sputnik Azərbaycan bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, uzadılma Azərbaycan, həmçinin xarici dövlət bayrağı altında üzən gəmilərdə çalışan dənizçilərimizin 1 sentyabr 2021-ci il tarixindən 31 mart 2022-ci il tarixinə qədər olan dövrdə etibarlılıq müddəti bitmiş şəxsiyyət sənədinə, "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair" Beynəlxalq Konvensiyanın və milli qanunvericiliyin tələblərinə uyğun olaraq verilən sertifikatlara (diplomlara) şamil edilir.
Məsələ ilə bağlı Agentlik Beynəlxalq Dəniz Təşkilatına, dövlət liman nəzarətini və dövlət bayraq nəzarətini həyata keçirən qurumlara, azərbaycanlı dənizçilərə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, həmçinin gəmiləri heyətlə komplektləşdirən agentliklərə və aidiyyəti şəxslərə bildiriş göndərib.
Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər aşağıda qeyd olunan sənədlərlə birlikdə etibarlılıq müddətinin uzadılmasına dair müraciət formasını Dövlət Dəniz və Liman Agentliyinin info@ardda.gov.az elektron ünvanına təqdim etməlidir:
– Gəmiləri heyətlə komplektləşdirən aidiyyəti agentliklər, gəmiçilik şirkətləri və ya dənizçilər tərəfindən uzadılma səbəbinin əsaslandırılmasına dair məktub;
– Mövcud şərtlərə əsasən, liman və ya miqrasiya qurumundan dənizçinin gəmini tərk edə bilməməsi barədə yazılı bəyanat və ya rəsmi bildiriş;
– Əmək müqaviləsinin surəti.
Eyni zamanda, dənizçilər 1 sentyabr 2021-ci il tarixinədək etibarlılıq müddəti bitmiş xüsusi hazırlıq şəhadətnamələrinin verilməsi və yenilənməsi üçün Agentliyin "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiyanın tələblərinə uyğunluğu haqqında Şəhadətnamə" verdiyi təhsil və təlim müəssisələrinə, sertifikatlarının (diplomlarının) verilməsi və yenilənməsi üçün isə Agentliyə müraciət edə bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0