DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Fransızlar qaz asılılığını azaltmaq üçün yeni terminal qurur

© AFP 2023 / JOHN MACDOUGALLQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.03.2022
Abunə olmaq
Üzən terminal ildə 50 terawatt saat (TWh) qaz və ya 3,9 milyon ton STQ idxal edə bilər.
BAKI, 26 mart - Sputnik. Fransanın dövlət qurumları iri enerji şirkətləri ilə birlikdə Rusiya qazından asılılığı azaltmaq üçün Havr limanında sızılmış təbii qazın (STQ) qəbulu üçün yeni terminal qurmağı planlaşdırır. Sputnik Azərbaycan bu barədə “Report”a istinadən məlumat verir.
Qeyd olunur ki, Fransa STQ qəbul etmək imkanlarını artırmaq və Rusiya qazından asılılığı azaltmaq üçün görünməmiş resurslardan istifadə etmək niyyətindədir.
Havr limanında üzən terminalın tikintisi layihəsini Fransanın Ətraf Mühitin Transformasiyası Nazirliyi, TotalEnergies, GRTGaz enerji şirkətləri və Havr, Rouen və Paris liman strukturlarını özündə birləşdirir.
Mənbələrdən birinin verdiyi məlumata görə, hələ yekun qərar verilməyib.
Biz Rusiyadan qaz asılılığımızı azaltmaq və tədarükün təhlükəsizliyini artırmaq istəyiriksə Havrda üzən STQ terminalının bu layihəsi, əgər faydalı olacaq. Buna görə də, lazımi icazələrin alınmasını sürətləndirmək üçün hər şeyi etmək lazımdır", - Bu barədə Enerji Tənzimləmə Komissiyasının sədri Jan-Fransua Karenko bildirib.
O qeyd edib ki, məqsəd bir il ərzində əlavə STQ qəbuletmə qabiliyyətini hazır vəziyyətə gətirməkdir.
Üzən terminal ildə 50 terawatt saat (TWh) qaz və ya 3,9 milyon ton STQ idxal edə bilər. O, maye qazı ABŞ, Qətər və ya Afrikadan əldə edə biləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Qaz xətləri - Sputnik Azərbaycan, 1920, 26.03.2022
RUSİYA
Moskva Qərbə “qaz ultimatumu” qoyur: Rusiya sanksiyalara necə cavab verdi?
Xəbər lenti
0