Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Röya tarixə necə düşdü - VİDEO

© Photo : Instagram / royaofficialRöya Ayxan, arxiv şəkli
Röya Ayxan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.03.2022
Abunə olmaq
Pop ulduz Röya Ayxan Meta dünyada çıxış edən ilk Azərbaycan müğənnisi kimi tarixə düşüb.
BAKI, 18 mart — Sputnik. Xalq artisti Röya Ayxan bir ilkə imza atıb. Sputnik Azərbaycan xəbər verir ki, pop ulduz Meta dünyada çıxış edən ilk Azərbaycan müğənnisi kimi tarixə düşüb.
Bu barədə "ASAN radio"nun Facebook" səhifəsində məlumat paylaşıb. Bildirilib ki, "ASAN xidmət" tərəfindən "Meta Novruz" virtual bayram tədbiri keçirilib.
Virtual Novruz proqramında ilk dəfə muğam səslənib. Xalq artisti Röya Ayxan mahnılar ifa edib.
Məlumat üçün bildirək ki, ilk dəfə Vaqif Gərayzadənin W-trio qrupunda çıxış edib. Qrupdan ayrıldıqdan sonra solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub.
2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. 2006-cı il sentyabr ayının 15-də Şəfa stadionunda və sentyabr ayının 22-də Milli Parkda solo konserti olub. 2005-ci ildə Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. 2006-cı ildə V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0