Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

"Söz vermək hələ evlənmək demək deyil" və ya ABŞ-ın maye qazı Rusiya qazını əvəz edəcəkmi

© AFP 2023 / HAIDAR MOHAMMED ALIQaz anbarı, arxiv şəkli
Qaz anbarı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.03.2022
Abunə olmaq
Əhali kütləvi şəkildə “Naftoqaz”ın artıq üç həftədir ki, Rusiya qazını Avropaya tranzit etmədiyinə inanır.
BAKI, 17 mart — Sputnik. Birləşmiş Ştatlar öz avropalı müttəfiqlərini maksimal dərəcədə Rusiya ilə enerji-resurs münasibətlərini tamamilə kəsməyə sövq etməkdə davam edir. Lakin bütün çağırışlara, nəsihətlərə və bəzən hətta birbaşa təhdidlərə baxmayaraq, kollektiv Avropa Moskva ilə münasibətlərində karbohidrogenlərin və ilk növbədə təbii qazın tədarük zəncirlərini qırmaqdan qəti şəkildə imtina edir. Buna görə də, ABŞ təzyiqi artırır — və qamçının işə yaramadığı yerdə, məkr işə düşür.
Bu günlərdə Amerikanın ən iri SMQ istehsalçısı olan “EQT” şirkətinin baş direktoru bəyan edib ki, Avropa İttifaqına Rusiya ilə əlaqələrin kəsilməsindən qorxmağa dəyməz. Çünki "ABŞ asanlıqla Rusiyanın tədarük etdiyi qazı əvəz edəcək, bunun üçün amerikalıların həm imkanları, həm də istəkləri var".
Bu vədlər nə qədər ruhlandırıcıdırsa, bir o qədər də yerinə yetirilməsi mümkün deyil.
Bu cür saxta informasiyalar sırf təbliğat xarakterlidir və qarşıya qoyulan yeganə vəzifəni yerinə yetirirlər — onlar tamamilə uydurulmuş olsa da, kütləvi şüurda kifayət qədər uğurla yaşayan lazımi tezisləri hazırlıqsız başlara yeridirlər. Alternativ reallıq məhz belə formalaşır ki, bunu qonşu Ukraynanın timsalında maksimal dərəcədə aydın müşahidə etmək olar. Burada əhali kütləvi şəkildə “Naftoqaz”ın artıq üç həftədir ki, Rusiya qazını Avropaya tranzit etmədiyinə inanır.
Anti-Rusiya ritorikasının zəfər toz-dumanını dağıtmaq üçün biz emosiyalardan deyil, faktlardan istifadə edəcəyik.
Əsas rəqəmlərdən başlayaq, xüsusilə qeyd edək ki, Avropanın Rusiya qazının idxalından asılılığı 40 faizdən bir qədər çoxdur. Son illərdə tədarükün daim artmasını və 2021-ci ilin yekunlarını nəzərə alaraq, "Qazprom" tədarük həcminin, təxminən, 200-203 milyard kubmetr təşkil edəcəyini ehtimal edir. Qeyd edək ki, qışın soyuq keçməsi, enerji daşıyıcılarının qiymətlərindəki rekord sıçrayışlar, həmçinin, Avropa ölkələrinin nəqlin artırılması ilə bağlı israrlı xahişləri ilə bağlı nəticələr daha çox ola bilər, lakin biz sadəlik və əyanilik üçün məhz bu göstəricilərdən istifadə edəcəyik.
200 milyard kubmetr Rusiya qazının mütləq əksəriyyəti magistral boru kəmərləri ilə çatdırılır ki, bu da, hətta çatdırılma üçün nəqletmə məsafəsi nisbətən kiçik olsa belə onu SMQ-dan daha ucuz edir, burada, qazın daşıyıcılar tərəfindən okeanın o tayına çatdırılmasından danışmağa belə dəyməz. Bazar qiymətlərinin rəqəmləri və qrafikləri vasitəsi ilə vaxtaşırı manipulyasiya etməklə bu faktı təkzib etməyə çalışırlar, lakin sözlərimiz yuxarıda adı çəkilən EQT şirkətinin rəhbəri Tobi Rays tərəfindən təsdiqlənir.
Hesablamaq çətin deyil ki, Avropa İttifaqı ölkələrinin ümumi təbii qaz istehlakı 450-480 milyard kubmetr arasında dəyişir. Bu göstərici, ekoaktivistlərin və lobbiçilərin külək dəyirmanlarının və fotoelektrik panellərin tikintisi üçün mantralarına zidd olaraq, ildən-ilə artır. Yəni, Rusiya qazının hansısa möcüzə nəticəsində müqavilə sxemlərindən dərhal itdiyini təsəvvür etsək belə, o zaman digər təchizatçılar nəinki yox olmuş iki yüz milyard kubmetri əvəz etməli, həm də tədarükləri planauyğun şəkildə artırmalı olacaqlar.
Rusiyanın qaz kəmərləri, Ukrayna seqmenti də daxil olmaqla, öz məhsullarını Almaniyaya çatdırır və buradan başlayaraq o, öz yolunu müxtəlif istiqamətlərdə davam etdirir, məsələn, ikinci əsas benefisiara, Avstriyaya ayrılır. Cənubi Avropa ölkələri Türkiyədən Bolqarıstan, Serbiya, Macarıstan və Sloveniyaya gedən "Türk axını" magistralından qidalanır. Yeri gəlmişkən, son illər məhz sonuncu iki ölkə müəmmalı şəkildə Ukraynanın əsas qaz tədarükçüləridir, baxmayaraq ki, daha əvvəllər bunun tam əksi idi.
Digər təchizat mənbələrindən danışsaq, Avropa İttifaqı Norveç və Əlcəzairdən də təbii qaz alır. Əgər Rusiyanın payı 41 faiz səviyyəsində qiymətləndirilirsə, onda Norveç və Əlcəzair müvafiq olaraq 24 və 11 faiz göstəriciləri ilə bir qədər aşağı yer tutur. Həm boru kəməri vasitəsi ilə, həm də STQ satan bütün digər təchizatçıların bazarda dörddə bir hissədən bir qədər çox payının olduğunu hesablamaq çətin deyil.
Qətər artıq Avropaya STQ ixracını artırmaqdan imtina edib. Niderland, ümumiyyətlə, bazarı tamamilə tərk edir, artıq bu il kütləvi və getdikcə dağıdıcı zəlzələlər səbəbindən Qroningen hövzəsində qaz hasilatı tamamilə dayandırılacaq. Azərbaycandan çəkilən Transanadolu qaz kəməri (TANAP) cəmi 16 milyard kubmetr ötürmə qabiliyyətinə malikdir və o, prinsipcə əvəzedici kanal kimi nəzərdən keçirilə bilməz.
Və indi, mövcud qaz müqavilələrinin sxemləri və həcmlərini daha aydın başa düşdükdən sonra Amerikanın parlaq vədlərinə qayıdaq.
Birləşmiş Ştatlar həqiqətən də kəmiyyət sıçrayışını həyata keçirib və ötən ilin sonuna olan məlumatlara görə, ildə müvafiq olaraq 87,5 və 77,5 milyard kubmetr qaz sıxan və əsas iki ilk əsas STQ istehsalçısı olan Avstraliya və Qətərə çox yaxınlaşıb.
Tutaq ki, Amerikanın sıxılmış qaz istehsalçıları verilən tempi qoruyub saxlaya biləcək və bu ilin sonuna onlar, məsələn, 90 milyard kubmetr hasil edə biləcəklər.
Bu göstərici, hətta Amerikanın istehsal qüvvələri maksimum gərgin işləsə belə, normal həyat fəaliyyətini təmin etmək üçün Avropanın hər il ehtiyac duyduğu Rusiya qazının həcmindən iki dəfədən çox azdır. Müvafiq olaraq, hətta bütün Amerika sıxılmış təbii qazı Asiyanın premium bazarlarına tamamilə məhəl qoymadan Avropaya göndərilsə də, bu, yenə də kifayət etməyəcək.
Ayrıca, nəzərə almaq lazımdır ki, ABŞ-ın özü də dünyanın əsas qaz istehlakçısı olaraq qalır. ABŞ hər il 860 milyard kubmetr mavi yanacaq istehlak edir. Müqayisə üçün: bu, Rusiyanın istehlak etdiyindən iki dəfə, bir milyard yarım əhalisi olan Çindən isə üç dəfə çoxdur. Öz güclü STQ sənayesinin, bazarlarda fövqəladə vəziyyətlər zamanı Amerika enerjisini sığortalamayacağını düşünmək axmaqlıq olardı.
Əlavə edək ki, ABŞ-da sıxılmış təbii qaz istehsalının gələcəkdəki artımı çox böyük sual altındadır. Vəziyyətin yumoristik tərəfi ondan ibarətdir ki, amerikalı ekoloqlar yaşıl gündəmi fəal şəkildə təbliğ edən hakim Demokrat Partiyasının dəstəyi ilə buna qəti şəkildə qarşı çıxırlar. Müasir ekoloji doktrina STQ istehsalını və daşınmasını ətraf mühitə zərərli hesab edir, çünki bu zaman havaya çoxlu miqdarda metan daxil olur ki, nəticədə atmosfer adət etdiyimiz karbon qazı ilə müqayisədə 50 dəfə çox qızır.
Hazırda göstərilən səbəblər üzündən on dörd yeni istehsal xəttinin tikintisi və işə salınması sual altındadır.
Və nəhayət, tədarük zəncirinin digər ucundakı sırf fiziki problemləri qeyd etməmək mümkün deyil. Söhbət Avropa ölkələrinin daha çox maye qaz qəbul etmək imkanından gedir. Fransa, İspaniya və Aİ-ni tərk etmiş Böyük britaniya öz limanlarında sıxılmış qaz nəqlinin bərpası üçün maksimum imkanlara malikdir. Hər bir ölkə təxminən 50 milyard kubmetr qazı qəbul edə, çevirə və istehlakçılara göndərə bilər. Ən böyük qaz istehlakçısı və idxalçısı Almaniyaya gəlincə isə, almanların ümumiyyətlə bir dənə də olsa STQ terminalı yoxdur.
Göründüyü kimi, amerikalıların sabah Avropanı rus qazından asılılıqdan xilas edəcəklərinə dair vədləri pafoslu təlxəkilkdən başqa bir şey deyil.
Ukraynada xüsusi əməliyyat başlayandan Qərbin Moskvaya 13 milyard dollardan çox ödədiyi Rusiyanın enerji daşıyıcılarına, avropalıların artıq ehtiyacı olmadığına dair daha bir xəbər görəndə bu oxuduqlarınızı yadınıza salın.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
NATO - Sputnik Azərbaycan, 1920, 17.03.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Ukrayna onu mənimsəməyə çalışan NATO-ya daxil olmur
Xəbər lenti
0